19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

 Elşad Hacıyev sosial şəbəkələrdə səsləndirilən idialara cavab verdi – AÇIQLAMA



Sosial şəbəkələrdə paytaxtın Xəzər rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının hüquqları ilə bağlı polisin hərəkətsizliyi, hər hansı qanunamüvafiq tədbir görülməməsi ilə əlaqədar hüquqi və rəsmi əsası olmayan iddialar yayılıb.

GUNinfo.az  bildirir ki, DİN-dən verilən məlumat deyilir:  “Səsləndirilən iddialarla bağlı diqqətə çatdırıram ki, cari ilin mart ayının 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt S.Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib.

Bənzər yazılar

SON DƏQİQƏ: “Bu dəfə döyüşlər Ermənistan ərazisində olacaq” – Polkovnikdən şok açıqlama

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ: Sərt karantin rejimi ləğv olundu?- RƏSMİ

admin

Pandemiya ilə mübarizədə  ölkənin bütün imkanları səfərbər edilib

admin

“Azər-Türk Bank”dan qovulan sədr HƏBS EDİLDİ: Maliyyə nazirininin“qara bazar” bankiri Fərhad Adıgözəlov kimdir?

admin

ARTE telekanalı Qarabağa dönüşlə bağlı reportaj yayımlayıb – VİDEO

admin

Azərbaycanlı bu məşhur aparıcı həmcinsi ilə evləndi – az öncə özü açıqladı – FOTO

admin