4 C
BAKI
27 Fevral 2021
Guninfo.az
Image default
BANNER SEÇMƏ

Gülməmmədov: “Azərbaycanın Moldovadakı Səfiri Dağlıq Qarabağın erməni separatçılarını faktiki olaraq dəstəkləyir” FOTO – VİDEO

Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov faktiki olaraq Dağlıq Qarabağdakı erməni separatçılarını, qondarma “Dağlıq Qarabaqğ Respublikasını” dəstəkləyir, onların beynəlxalq fəaliyyətinə stimul verir. Bu satqınlıqdır, bunu Qüdsi Osmanov öz fəaliyyəti ilə sübut edir.

Bu açıqlamanı Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov verib.

UQTMŞ Sədri D.Gülməmmədov bildirib ki, Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanovun Rusiya siyasi elitası, Rusiya xüsusi xidmət orqanları ilə əlaqalərinin artıq sübüt edilməsinə ehtiyac yoxdur. Fakt budur ki. Qüdsi Osmanov açıq-aşkar, Azərbaycan Respublikasının milli suverənliyinə, milli təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərir.
Bir faktı qeyd edim və bunun niyə baş verdiyini artıq Azərbaycan Respublikasının xüsusi xidmət orqanları və Xarici İşlər Nazirliyi dəyərləndirsin.
28 avqust-5 sentyabr 2020-ci il tarixdə qondarma “Dağlıq Qarabağ Respublikası”-nın qondarma “parlamentinin” sədri Artur Tovmasyan Yerevan-Moskva-Kişiney hava yolu və Kişinyov-Tiraspol quru yolu ilə Moldova Respublikasının ərazisindən keçməklə, qondarma “Dağlıq Respublikasının” vəzifəli şəxsləri olan 10 nəfərlik nümayəndə heyəti ilə qondarma “Prednestrovye Moldova Respublikasına” səfər edərək 2 sentyabr, separatçı “Prednestrovyanın” müstəqillik günündə nümayişkəranə sürətdə iştirak etmişlər, bunu Ermənistan, Moldova və Rusiya mətbuatında geniş yayımlamışlar.
31 avqust 2020-ci il tarixində isə qondarma “Dağlıq Qarabağ Respublikasının” qondarma “parlamnetinin” sədri” Artur Tovmasyan qondarma “Prednestrovye Moldova Respublikasının” prezindenti vadim Krasnoselski ilə rəsmi olaraq görüşür, bu tədbir Moldova, Rusiya və Prednestrovye mətbuatında geniş yayımlanır. Səfər və tədbirlər birbaşa Azərbaycanın milli suverənliyinə qarşı yönəlmiş bir tədbirə çevrilir. Lakin Qüdsi Osmanov bu səfərə məqsədyönlü şəkildə, heç bir halda mane olmur, ümumiyyətlə Moldova Respublikası dövlət qurumları qarşısında heç bir etiraz mövqeyi sərgiləmir. Dağlıq Qarabağın separatçı rejiminin nümayəndə heyəti maneəsis Kişinyovdan Tiraspola və oradan da geriyə səfər edərək Yerevana qayıtmışlar. Qüdsi Osmanov Azərbaycanla Moldova arasında əldə edilmiş separatçı rejimlərə qarşı birgə fəaliyyət barədə gizli razılaşmanı belə görməməzliyə vurmuş, Azərbycanın suverənliyinə qarşı təhdid məqsədi daşıyan bu səfər barədə anında Moldova Prezidenti İqor Dodona, Baş nazir İon Kikuya, Moldova Sərhəd Polisinə və xüsusi xidmət orqanlarına bildirməmiş, tədbir görülməsi üçün lazımı addımlar atmamışdır. Halbu ki. Dağlıq Qarabağ ermənilərinin qondarma “parlamenti”nin sədri Artur Tovmasyan öz mövqeyi və açıqlamaları ilə faktiki olaraq Moldova Respublikasının ərazi bütövlüyünə və suverənliyinə birbaşa təhlükə olan şəxsdir. Bu addımı ilə Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanov faktiki olaraq Dağlıq Qarabağın separatçı erməni rejimi dəstəklədiyini ortaya qoyur. Bu faktı heç kim, heç bir halda inkar və təkzib edə bilməz.
İndi mən sual edirəm Qüdsi Osmanov niyə Artur Tovmasyanın Moldova Respublikasına buraxılmasına mane olmayıb? Lap deyək ki, Dağlıq Qarabağa separatçılarının qondarma “parlamentinin” sədri A.Tovmasyan 10 nəfərlik nümayəndə heyəti ilə Kişinyovdan keçərək separatçı “Prednestrovyaya” səfər edir bəs onlar geri qayıdanda niyə tədbir görülməyib? Niyə Moldovadakı Azərbaycan səfirliyi bu məsələni Moldova Hökümətinə etiraz məktubu ilə fiksasiya etməyib? Bəs bu barədə niyə dərhal Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və xüsusi xidmət orqanlarına gizli məlumat ötürülməyib? Deyək ki, Qüdsi Osmanov bu səfərin baş tutması üçün Moskvadakı operativ rəhbərindən xüsusi təlimat alıb və göz yumub. Bəs Azərbaycanın Moldovadakı Səfirliyindəki DTX nümayəndəsi, Hərbi Attaşe, DİN Attaşesi və Xarici Kəşfiyyat Xidmətinin təhkimçisi hara baxırmışlar? Onlar orada nə işlə məşğul olurlar? Nə üçün Azərbaycan dövlətindən külli miqdarda maaş alırlar? Burada Azərbaycan dövlət maraqlarına qarşı ciddi bir sui-qəsdin, təhdidin, Rusiya xüsusi xidmət orqanlarına işləyən və həmin xüsusi xidmətin oyuncağına cevrilmiş bir səfirliyin iç üzünü görməkdəyik. Bu satqınlıqdır, bu Azərbaycan Respublikasının milli suverenliyinə və ərazi bütövlüyünə qarşı birbaşa təhdidə göz yummaqdır, bu vətənə, dövlətə xəyanətdir. Bunun isə başında səfir Qüdsi Osmanov durur.

Bənzər yazılar

Əhaliyə ŞAD xəbər: Uşaqlara müavinət verilməsi təstiqləndi- Prezident fərman imzaladı

admin

BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə – ŞOK MƏLUMATLAR

admin

2.5 milyon manata Maltada “qızıl pasport” alan azərbaycanlılar (ARAŞDIRMA)

admin

SAVAŞ VADİSİ:Erməni ordusu və baş nazirinin kabusuna çevrilən “qarapaltarlı” Xüsusi Təyinatlılar KİMLƏRDİR? – Foto

admin

Paşazadəyə itən ümidlər: Gələcəyə Şeyxsiz yolçuluq – ŞOK DETALLAR (TƏHLİL)

admin

SON DƏQİQƏ! İlham Əliyev hərbi xidmətlə bağlı MÜHÜM SƏRƏNCAM İMZALADI

admin