16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

İNANILMAZ TƏXRİBAT: Rusiyada Dağlıq Qarabağ ayrı dövlət kimi TƏQDİM OLUNDU – FOTOFAKT



Sankt-Peterburqdakı azərbaycanlı gənclər Rusiyanın “Şərq Muzeyi”nin rəhbərliyinə kəskin etirazlarını bildiriblər.

GUNinfo.az bildirir ki, bu barədə KONKRET.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının nəzdindəki Azərbaycan Gəncləri Birliyi Rusiyanın “Şərq Muzeyi”də sərgilənən təxribatçı ekspozisiyaya kəskin etirazını bildirib.

Azərbaycan Gəncləri Birliyinin sədri E.Manafovun imzası ilə “Şərq Muzeyi”nin direktoru Aleksandr Sedova ünvanlanan məktubda deyilir:

“Çox təəssüf ki, rəhbərlik etdiyiniz nüfuzlu qurumdakı ekspozisiyaların arasında nümayiş olunan “Qafqazın Dekorativ və Tətbiqi Sənəti” guşəsində Azərbaycan torpaqları, yəni Dağlıq Qarabağ xəritədə ayrı bir dövlət olaraq təqdim olunub. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Dağlıq Qarabağ hər zaman Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olub. Bunu bütün dünya ölkələri, xüsusi ilə də Rusiya Federasiyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı sübut edir”.

Qeyd edilib ki, muzeyin ziyarətçilərinə təqdim olunan informasiya həqiqətə uyğun deyil:

“Bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafeyinə və Rusiya–Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xələl gətirə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında yaranmış şəxsi münasibətlər xalqlarımızın dostluğunun sarsılmazlığının təminatıdır”.

Gənc soydaşlarımız muzey rəhbərliyini məlumatları ciddi və etibarlı şəkildə araşdırmağa çağırıblar.

Bənzər yazılar

Əlillərin pensiyasını kəsən ŞƏBƏKƏ – Bu işlə kimlər məşğuldur?

admin

Tükiyədə ali təhsil adı altında müdhiş DƏLƏDUZLUQ – “The Times” şirkətində fırıldaqçı Ceyhun KİMDİR?

admin

Xüsusi təyinatlı qadının alt paltarında 106 metrlik hündürlükdən tullanmasının ŞOK ANI – VİDEO

admin

Prezident ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə YÜKSƏK VƏZİFƏ VERDİ – TƏCİLİ XƏBƏR

Fikrət Fərhadoğlu

Tovuzda növbəti gərginlik — Düşmən iriçaplı pulemyotları işə saldı

admin

TƏCİLİ: Koronavirusla bağlı ən qorxulu proqnoz gerçək oldu- SON DƏQİQƏ

Fikrət Fərhadoğlu