19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

İrandakı etiraz aksiyaları GENİŞ VÜSƏT ALDI: Respublika PARÇALANMANIN ASTANASINDA – TƏHLİL



İranda son bir neçə gündə etiraz aksiyalarının masştabı daha da böyüyür. Bu dəfə etnik ərəblərin kompakt yaşadığı Xuzistan ostanlığında ciddi protest hərəkatı müşahidə olunur. Hətta bəzi iranlı politoloqlara görə, rejim bəzi müxalif medialarına senzura tətbiq edib. İranlıların son günlər etiraz aksiyaları təşkil etməsi artıq rutin hal alıb. İnsanlar elektrikin, suyun kəsilməsi, benzinin qiymətinin qalxmasına qarşı sərt mövqe nümayiş etdirir.

Yeni prezident İbrahim Rəisinin ən birinci gündəmi iqtisadi problemlərdir. Əvvəldə vurğuladığım kimi, İran rejimi 1979-cu ildən “müqavimət iqtisadiyyatı” adlı konsepsiya həyata keçirir. Adını çəkdiyim iqtisadi konsepsiya artıq işləmir. Üstəlik, dünya bazarlarında neftin qiymətinin düşməsi, koronavirus pandemiyası əsas ixrac potensialı neft və qazdan asılı olan İran üçün ağır ssenaridir.

Xatırladım ki, 2019-cu ildə benzinin qiymətinə qarşı baş vermiş aksiyalarda 106 nəfər etirazçı qətlə yetirilmişdi. Rejim etiraz aksiyalarını amansızlıqla yatırır. Bu il ərəblərin kompakt halda yaşadığı Xuzistan ostanlığında da etirazlar var. Belə ki, Həmidiyə, Bostan, Şadiqan, Şuş, Dənyal və Mehşəhər kimi şəhərlərdə etiraz aksiyaları böyüməkdədir. Düzdür, etirazçılar suyun kəsilməsinə etiraz etsə də, şübhəsiz ki, başqa siyasi səbəblər də yox deyil.

Reallıq ondan ibarətdir ki, İran rejimi son illər ərəblərin yaşadığı Xuzistan ostanlığında demoqrafiyanı dəyişdirməklə məşğuldur. Su və ya elektrikin kəsilməsi isə əslində bəhanədir. Məsələn, dünən etirazçıların əllərindəki posterlərdə “Məcburi köçə qarşıyıq” kimi ifadələr yazılmışdı. Hətta keçən həftə etnik ərəblərin tayfa liderlərindən bir qrupu ostanlığın rəhbəri ilə keçirdiyi görüşdə demişdi ki, burdan əsla başqa əraziyə köçməyəcəyik.

İran ərəblərinə görə, Tehran hökuməti şüurlu şəkildə ərəbləri Xuzistandan köçürür. Yəni, rejim Xuzistan əyalətində qəsdən əhaliyə içməli suyu kəsir ki, insan məcbur qalıb ostanlığı tərk etsin.

Xuzistan ostanlığı İranın ən əlverişli, bərəkətli torpaqlarına malik ərazisidir. Ancaq rejim Xuzistanda yaratdığı istehsal müəssisələrində ölkənin başqa ərazilərindən gətirdiyi insanları işlədir. Zənnimcə, İranda etiraz aksiyaları daha da artacaq. Hazırda 150 emal müəssisəsində işçilər tətil elan ediblər.

Güman ki, daha kütləvi etiraz aksiyaları başlayacaq. Rejimin aksiyalara daha sərt müdaxiləsi vəziyyəti daha da gərginləşdirəcək. Əlbəttə, kütlə nəhayət vahid bir “siyasi arqument” ətrafında birləşəcək.

İran dövləti ərəblərin maksimum köşəyə məcbur edir və bu kontekstdə fars milliyyətçiliyindən də istifadə edir. Təsəvvür edin ki, İranda çıxarılan neft və qazın 90%-i Xuzistan ostanlığının payına düşür. Rejim isə əldə etdiyi pulu farsların yaşadığı ərazilərdə investisiya kimi yatırır. Əslində, ərəblərin etiraz səbəblərindən biri də budur. Xüsusilə, fars mediası etirazları gizlədir.

İranda fars milliyətçiliyinin hədəfi həmişə ərəblər və azərbaycanlılar olub.

Vurğuladığım kimi, siyasi səbəblərlə yanaşı iqtisadi vəziyyətin ağırlığı da İranda etirazların yayılmasına təkan verir. Demək olar ki, bütün Yaxın Şərqdə quraqlıq problemi var. Bununla yanaşı ərzaq qiymətlərinin artımı, işsizlik kimi problemlər də insanları rejimə qarşı çıxmağa vadar edir. Hələ ki, Xuzistanın daha çox cənubunda ərəblər etiraz edir. Xuzistanın şimalında isə kürdlər və bəxtiyarilər yaşayır. 2017-ci ildə də Xürrəmşəhirdə də su problemi yaranmışdı və dövlət bunu həll etdi.

İranda etnik və məzhəb problemləri var. Şübhəsiz ki, kənar aktyorlar da bu etnik və məzhəb problemlərini aktivləşdirmək istəyir. Bu baxımdan, İran yaxın illərdə ciddi qarşıdurmalara səhnə ola bilər. Hətta açıq deyim ki, İran qarşıdakı 10 ildə ciddi iqtisadi inkişafa nail olmasa, parçalanması mütləq baş verə bilər.

Bunun üçün rejim Qərbin sanksiyalarından xilas olmalı və ABŞ ilə problemlərini həll etməlidir. Əks təqdirdə, yaxın 10 ildə İranın parçalanması qətiyyən şübhə doğurmur.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

GUNİNFO.AZ

Bənzər yazılar

“Vur, komandir, vur”un qəhrəmanı: “Sarqsyanın olduğu helikopteri izləyirdik” – VİDEO

admin

Türkiyəli yazarlar Gəncəyə səfər etdi

admin

Erməni casus belə ələ keçirildi: FTX əməliyyat çəkilişini yayıb(TAM VİDEO)

admin

SON DƏQİQƏ: “Aİ-92” benzin UCUZLAŞDI

admin

“İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır” – İlham Əliyev

admin

Xoşqədəmin bəd niyyəti: Vətən müharibəsində sabotaj

admin