21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
SEÇMƏ

Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarına bu səbəbdən təlim keçirir – FOTOLAR



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası prosesində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edirlər.

GUNinfo.az  xəbər verir ki , Aqrar sektorun əsas fəaliyyət sahəsi olması nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyinin bu ərazilərə mütəmadi səfər edən əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi, onların mina və partlayıcı sursatlarla bağlı biliklərinin artırılması məqsədilə təlimlər keçirilir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə təşkil edilən növbəti təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin, müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib, insan həyatı üçün təhlükəli olan hərbi sursat və mina növləri nümunələr əsasında izah olunub, ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi, eləcə də təhlükə anında həyata keçirilməli olan addımlar iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin, ANAMA tərəfindən Nazirlik əməkdaşlarına məlumatlandırıcı broşür, poster və digər elektron vəsaitlər Nazirliyin əməkdaşlarına təqdim edilib.

Eyni zamanda, işğaldan azad edilən ərazilərə səfər edən əməkdaşlar və təlim iştirakçılarının bu sahədə təlimçi kimi formalaşmaları üçün onlara Təlimçilər üçün Təlim (TOT) formatında təlimlər keçirilib, iştirakçılara sertifikatlar və təlimat kitabçaları təqdim edilib. TOT təlimlərinə qatılan şəxslər növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin işğaldan azad edilmiş ərazilərinə səfər edəcək digər əməkdaşlara minaların təhlükəsinə dair təlimlər keçəcəklər.

Qeyd edək ki, bu günə qədər ANAMA tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin 60-dan çox əməkdaşına müvafiq təlimlər keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair təlim keçirildi - FOTOLARKənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair təlim keçirildi - FOTOLARKənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair təlim keçirildi - FOTOLARKənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair təlim keçirildi - FOTOLARKənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair təlim keçirildi - FOTOLAR

Bənzər yazılar

Paşazadəyə itən ümidlər: Gələcəyə Şeyxsiz yolçuluq – ŞOK DETALLAR (TƏHLİL)

admin

SON DƏQİQƏ! Təhsil Nazirliyi təcili açıqlama yaydı

admin

DƏHŞƏT! Erməni məmur ağır silahlarla silahlanmış çox sayda hərbçi ilə HÜCUMA KEÇDİ – yaralılar var

admin

Zəngəzur yoxlama-axtarış əməliyyatı – SON DƏQİQƏ

admin

ŞAD XƏBƏR:Operativ Qərargahın bu qadağası ləğv olundu – Bundan sonra… – RƏSMİ

admin

Mediada çalışanların NƏZƏRİNƏ:Jurnalistlərə vurulacaq vaksinin adı açıqlandı

admin