13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

Mübariz Mənsimov ETİRAZ ETDİ: “Bizi alətə çevirməyiniz səhv addımdır”

“Axır zamanlar bəzi TV kanalları, internet TV-lər, köşə yazarları, blogerlər mənim və şirkətimin adından sui-istifadə edərək, silsilə verilişlər hazırlayırlar. Biz də sizin kimi bu verilişlərdən və yazılardan işıq üzü görəndə xəbər tuturuq”.

Bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov bildirib.

“Mənim və şirkətimin adından danışan hər kəsdən xahiş edirəm ki, mənim rəyim və razılığım olmadan verilişlər hazırlamayın və efirə verməyin. Nəticədə belə güman edilir ki, bu verilişlər (yazılar) mənim sifarişimlə və maliyyə dəstəyimlə hazırlanır”- deyə, M.Mənsimov jurnalistlərə etiraz edib.

O deyib ki, bu günə qədər heç bir media şirkətinə 1 qəpik də olsun pul verməyib, heç bundan sonra da verməyi düşünmür:

“Heç bir medianı maddi cəhətdən dəstəkləməmişəm və bundan sonra da belə olacaq. Belə verilişlər mənim xəbərim olmadan hazırlanır. Bu verilişlərin məzmunu idarə etdiyim “Palmali” şirkəti ilə və mənimlə razılaşdırılmır. Bu səbəbdən razılaşdırılmamış xəbərlərin yayılmasını doğru saymıram. Bu xəbərləri yayaraq, bizi alətə çevirməniz səhv addımdır. Mən iş adamıyam. İşim gəmilərlə və gəmiçilərlədir. Bu çətin vaxtda bir də boş söhbətlərə alət etməyin bizi. Mənim adımdan istifadə edib yayılan xəbərlərin dayandırılmasını tələb edirəm. Bu tərz xəbərləri pisləyir və bu şəkildə mənə verilən özlərinə məxsus dəstəyi istəmir və qəbul etmirəm”.

(Metbuat.az)

Bənzər yazılar

Ey təhsili-müdir əmiri-muxtar olduğun sənələrdə nə qayırmısan?

admin

Salyan icra hakimiyyəti ittihamlara cavab verdi

Fikrət Fərhadoğlu

Bakıda yer altında gizli tunel tapıldı: qorxunc, yiyəsiz və tərk edilmiş məkandan ŞOK GÖRÜNTÜLƏR (VİDEO)

admin

Çini dünya hegemonluğuna aparan “BORC TƏLƏSİ”: Gələcəyə planlanan AFRİKA SİYASƏTİ NƏDİR? – TƏHLİL

admin

Milli Azərbaycan mətbuatının yaranması və inkişafı – UĞURA GEDƏN ALİ YOL

admin

Ermənistanın daha bir ballistik raket kompleksi vuruldu – SON DƏQİQƏ

admin