18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

Nazir RF DİN-nin Polis akademiyalarına ezam ediləcək kursantları qəbul edib

Sentyabrın 29-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Polis akademiyalarında təhsil almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ezam ediləcək kursantları qəbul edib.

BU barədə GUNinfo.az-a DİN-in mətbuta xidmətindən bildirilib

Qarşıdakı 5 il ərzində Azərbaycan Polisini Rusiyada təmsil edəcək gəncləri təbrik edən nazir, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin məhz yüksək intellektə, müasir dünyagörüşə malik, bacarıqlı, dövlətçiliyə sadiq vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirib.

Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən daxili işlər orqanlarında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Sonra DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov məlumat verib ki, iki ölkənin Daxili İşlər Nazirlikləri arasındakı razılaşmaya əsasən, bu il Azərbaycan DİN-ə RF DİN-nin Moskva və Rostov şəhərlərindəki Polis Akademiyalarında 15 yer ayrılıb. Həmin yerlərə qəbul üçün elan edilmiş müsabiqəyə 45 namizəd qatılıb. Nazirliyin müvafiq komissiyası tərəfindən müsabiqə tam şəffaflıq şəraitində keçirilərək namizədlərin Dövlət İmtahan Mərkəzində topladığı balları, rus dilində yazı qabiliyyəti və şifahi nitq bacarıqları, eləcə də fiziki hazırlığı əsas götürülərək ən layiqli 15 abituriyent seçilib.

Nazir, general-polkovnik Vilayət Eyvazov həyatlarında ən əlamətdar günlərdən biri – kursant adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, Vətəndən kənarda alacaqları təhsildə uğurlar arzulayıb. O, gənc əməkdaşlara dövlətimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarının sirlərinə yiyələnmələrini tövsiyə edib.

Bənzər yazılar

İmtahandan kəsilən Ayaz Rəhimov regional şöbəyə rəis göndərildi – Sahil Babayevdən SƏRSƏM TƏYİNAT(FOTO)

admin

Koronavirusdan daha dəhşətli təhlükəli virus DELTA… – AZƏRBAYCANDA DA VAR?

admin

Daxili işlər naziri Vilayət Eyvazov üçün özəl gün

admin

Dərslər nə vaxt başlayacaq? – Təhsil Nazirliyindən açıqlama

admin

Təhsil Nazirliyindən 25 milyonluq tender OYUNU – 200 min vergi borcu olan şirkət necə qalib oldu?

Fikrət Fərhadoğlu

Peşəkar jurnalistikanın FORMALAŞMASI – MÜSTƏQİL DÖVLƏTİN AZAD MƏTBUATI

admin