Guninfo.az
Image default
SEÇMƏ

Pandemiya tarixinin ƏN XOŞ XƏBƏRİ: ÜST bitəcəyi tarixi ilk dəfə açıqladı

Ən pis ssenari geridə qaldı.

GUNinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Bölgə direktoru Hans Klüqe deyib.

Danimarkanın dövlət televiziyasına açıqlama verən ÜST rəsmisi 2021-ci ildə əvvəlki ilə nisbətən pandemiyanın daha çox nəzarətdə saxlanıla biləcəyi və idarəolunan vəziyyətə gələcəyini deyib: “Virus haqqında artıq çox şey bilirik. Onun mövcudiyyəti davam edəcək, amma məhdudiyyətlərə ehtiyac qalacağını düşünmürəm. Bu, yaxşı mesajdır. Koronavirus pandemiyası 2022-ci ilin əvvəllərində tam sona çatacaq.”.

Koronavirusun mutasiyaya uğramasını da şərh edən Klüqe bunun normal olduğunu və virusun yoluxduğu insana uyğunlaşmağa çalışdığını bildirib. Lakin yoluxuculuğun sürətini təşvişverici adlandırıb.

O, vaksinlərin əhəmiyyətini də vurğulayıb: “Mutant versiyalara qarşı yeni vaksinlər hazırlamağa ehtiyac görmürük. Vaksinasiya edilmiş şəxslər edilməmişlərlə birgə eyni məkanda olanda özlərinə diqqət yetirməlidirlər”.

Bənzər yazılar

Prezident Seyfulla Əzimova general-leytenant rütbəsi verdi

admin

ABŞ-ın ermənilərin sıx yaşadığı yerlərində “Qarabağ Azərbaycandır” lövhələri quraşdırıldı – FOTO

admin

Tramp xəstələndi, “qiyamət təyyarələri” havaya qalxdı – ŞOK GƏLİŞMƏ

admin

SON DƏQİQƏ!Bakıda 150-ə yaxın şam və meyvə ağaclarını kəsən MTK-ya qarşı etiraz aksiyası – VİDEO

admin

Bakıda VİP style estetik, ASTHETİK LAB klinikasının fırıldağı İFŞA OLUNDU – VİDEO

admin

Səfərbərlik Xidməti vacib məlumat yaydı – SON DƏQİQƏ

admin