10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
SEÇMƏ

Paşa Talıblıdan yeni şeirlər: “”En gəl, aşağı, Tanrım…”

...bir andım göyün qatında,

bir andım dizimin üstdə.

…gülüşü — üzümün altda,

kədəri — üzümün üstdə.

 

…qalxıram yəhərə qədər,

…ağrıya, qəhərə qədər!

…soyuyur səhərə qədər

bir şer mizimin üstdə.

 

..gör, bu mən aşığı, Tanrım!

Mən- dərd yaraşığı, Tanrım!

…gəl, en gəl, aşağı, Tanrım —

yerin var gözümün üstdə.

 

***

(Vaqif Səmədoğlunun “Mən burdayam,İlahi” kitabına)

 

…yox sonuncu dayanacaq

Vaqifin son kitabında.

…son külək hələ qalxmayıb

Vaqifin son kitabında.

 

…şerlər düşmə yuxudu,

göylər yağışa toxudu.

…bu gecə rahat oxudum

Vaqifin son kitabını.

 

…bir qanadsız daş görmədim,

bir hücrəni boş görmədim.

Şairin son kitabında

Vaqifi sərxoş görmədim!

 

Hələ rəngsizdi ölkəsi…

…şahə qalxar boz ürgəsi.

— durur zeytunun kölgəsi

Vaqifin son kitabında!

 

…Məhəmməd, İsa, Buddayam!

…torpaqda, suda oddayam.

Mən də İlahi, burdayam

—Vaqifin son kitabında!

 

 

***

…od özünü yandırır,

özünü duz ağardır!

…yandıran düz yandırır,

ağardan düz ağardır!

 

Sudan sübh ölən duru…

Su yox, su bölən durur!

…bu daş su bulandırır,

bu daş da diz ağardır!

 

…bir qara, yüz ağ – olsun!

…şər bizdən uzaq olsun!

…sözün üzü ağ olsun —

üzümü söz ağardır!

 

 

***

Onda tarix daş dövründən qalırdı-

mixilərdə yazı döymə – döymədi!

…onda ömrün çiçəklənən dövrüydü,

oxçuların oxu ötdü…dəymədi!

 

…onda ömrün çiçəklənən dövrüydü!

…dəm – dəstgahı kəm olacaq, bilmirdim!

…mən sonuncu şairiydim o dövrün,

məndən sonra kim olacaq, bilmirdim!

 

…mən sonuncu şairiydim o dövrün!

…sular axıb çüxuruna dolurdu!

…Yer üzündə dəvə – səhra dövrüydü,

səhra gedir, ağ dəvələr qalırdı!

 

Paşa Talıblı

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Rusiya…Volqoqrad şəhəri…

Bənzər yazılar

SON DƏQİQƏ AÇIQLAMASI: Korpus komandiri istefa verdi

admin

Əli Həsənov – Abel Məhərrəmov MƏCHULU – Dezinformasiyalar, ölkədə yaradılan gərginlik və narahatlıq

admin

Daxili işlər naziri Vilayət Eyvazov üçün özəl gün

admin

Koronavirus (COVID-19) pandemiyası dövründə Füzuli bu gün – FOTO

admin

Xocavənd, Xankəndi və Xocalı Azərbaycanın tərkibində qalır -SON DƏQİQƏ AÇIQLAMASI

admin

Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdir

admin