21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
SEÇMƏ

Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümüdür – Eldar Mirzəliyev yazır



Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq, dostluq və qardaşlıq şəraitində yaşadığı bir diyardır. Multikulturalizm və tolerantlıq hər zaman milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının gündəlik həyat tərzi olmuşdur.

Dünyada insanların sevinclərini bölüşdüyü özlərinəməxsus müxtəlif günlər mövcuddur. Biz müsəlmanlarında qeyd etdiyi dini bayramımız olan Ramazan və Qurban bayramları bu dəyərli və müqəddəs günlərdəndir. Bu bayramlarda hər kəs sevincini bölüşür, bir-birlərinin ziyarətinə gedir və təbrik edirlər. Bunlar artıq bizim ortaq dəyərlərimizə çevrilib.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi olaraq qeyd olunur. Müstəqillik əldə edildikdən sonra Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram kimi qeyd edilməyə başlanmışdır. Hər il Azərbaycanda ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir. Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, bu bayramda din və məzhəb ayrı-seçkiliyinə yol verilmir. İstənilən dindən olan kimsəsiz, yoxsul və ehtiyacı olan şəxslərə Qurban payı verilir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsüsi önəm verildi. Dini bayramlarla yanaşı dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin də əsası qoyuldu.

Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmiş, hətta müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Bu gün isə bu adət – ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il ölkə başçısı tərəfindən Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır.

Ulu Öndər Qurban bayramı təbriklərinin birində xalqa müraciət edərək demişdi: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverənliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda aparılan ardıcıl sivil siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”.

Bu gün bu arzular, bu diləklər Allahın köməkliyi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu tərəfindən həyata keçirilib. Bu il Qurban bayramı əvvəlki illərdəkindən fərqi olaraq 30 ilə yaxın düşmən işğalında olan və 44 günə azad edilmiş tarixi torpaqlarımızda Qarabağda, Şərgi Zəngəzurda da keçiriləcəkdir. Bizə bu günləri yaşadan şəhidlərimizin qarşısında hamılıqla baş əyir, qazilərimizə təcili şəfalar və cansağlığı diləyirik.

Mən əminəm ki, cənab İlham Əliyevin başçılığı ilə ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran xalqımız yaxın gələcəkdə növbəti Qurban bayramlarını digər tarixi ərazilərimizdə, Şərqi Zəngəzur, Göyçə və İrəvanda da qeyd edə biləcəkdir.

Müqəddəs Qurban bayramınız mübarək olsun !

 

Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü,

Hüquq Məsələləri Daimi Komissiyasının sədri Eldar Mirzəliyev

Bənzər yazılar

“Yaşat” Fondu cəmiyyət və dövlət birliyinin təcəssümüdür

admin

AzTV və “Haber Global”ın ortaq efirində Baydenin qondarma soyqırımı bəyanatı müzakirə olunur – VİDEO

admin

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev

admin

Dünyanı ÇALXALAYAN GÖRÜNTÜLƏR: Yüzlərlə qadın… – Kömək edin / VİDEO

admin

Ermənistanın 246-ci alayın komandiri və müavini MƏHV EDİLDİ

admin

Azərbaycanın ərazi bütövlüyünün təminatı ölkə başçısının məqsədi və amalıdır

admin