19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

Rəsul Quliyevdən sərt AÇIQLAMA: “Jirinovski ipləmədir”



“Rusiya Dövlət Dumasında 30 ildir, liberal demokratlar (heç bir ideologiyası, proqramı olmayan bu təşkilatın adı niyə liberal demokratiyadır, bilmirəm) partiyası guya fəaliyyət göstərir. Onun da başında tamamilə ağzının danışığını bilməyən Jirinovski adlı birisi dayanıb. Jirinovskinin ağıldan kəm, sarsaq olduğu ona verilmiş birinci suala cavabdan başlayır. Rusiyada yaxşı zamanlar idi, jurnalistlər istədikləri sualları sərbəst verə bilirdilər. Ondan “Sizin valideynləriniz kimdir?” soruşanda o, “anam rusdur, atam advokat” deyə cavab verdi. Bu gülməli adam guya atasının yəhudi olduğunu gizlədir…

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

“İntervyularında atasının kökünü bilməyən bu şəxs: “Biz böyük xalqıq. İran körfəzi, aralıq dənizinə qədər hər yer bizim olmalıdır, ruslar ayaqlarını Hind okeanında yumalıdırlar” deyə sarsaqlamışdı. Bir çoxunuz düşünürsünüz ki, belə bir şey ola bilməz. Çünki bu tip açıqlamalar axmaqlıq deyil, məhz ipləmə dəlilikdir. Ancaq həqiqətən bu sözləri deyən Jirinovskidir. Jirinovski adlı bu ipləmə sarsağın bu tip fikirləri kifəyət qədər çox olub. Bu ipləmə “hansı Ukranyadan söhbət gedir? Bu torpaqlar bizimdir və orada heç vaxt ukranyalı yaşamayıb” deyə də bildirib. Bunun ardınca “2-3 ay keçməyəcək Gürcüstan gəlib yıxılacaq Rusun ayağının altına üzr istəyəcək, bir də belə qələt etməyəcəyinə söz verəcək” kimi də sarsaq fikirlərin müəllifi oldu. Bütün bunlar azmış kimi “Moldova kimdir? Mən heç belə dövlətin olduğunu bilmirəm. Ora Rusiyadır, vəssəlam!” kimi gülünc və biabrçı fikirlərini ortaya qoydu. Bu tipli sözləri bu adam Qazaxıstan və Orta Asiya barədə də dəfələrcə deyib. 1613-cü ildə Polşa və Litva knyazlıqları bu regionda yaşayanları adam etməyin çətin olması səbəbindən və bu regionda yaşayanların yalana, rüşvətə meyilli olmaları səbəbi ilə tərk etdilər. “Necə bilirlər, elə də yaşasınlar” mövqeyini sərgilədilər. Bundan sonra Rusiya adlı bir ölkə yaratmağa cəhd etdilər. Ona qədər (yəni 16-cı əsrə qədər) bu adamların başında həmin Qazax, Özbək və başqaları dayanmışdı. Artıq 21 ildir təkbaşına iqtidarda olan, ölkəni korrupsiya, rüşvətxorluq və kriminal idarəetmə üsulu ilə idarə olunmasına baxmayaraq heç bir xəcalət çəkmədən öz rejimlərini demokratik rejim adlandırırlar. İnsan bu səviyyədə həyasız, boz sifət olmamalıdır. Jirinovskinin 30, Putinin 21 il deputat və prezident olduğu ölkənin dostlarının siyahısına baxın: Venesuela, Belarusiya, gözünü Avropaya tikmiş, buna paralel olaraq da Rusiyaya qardaş deyən Serbiya, Rusiyadan nəsə qopartmaq istəyən Kuba, vəssəlam. Çin xalq Respublikası isə Rusiyanı yavaş-yavaş udmağa başlamış Anakondadır… Sovet dağıldıqdan sonra Rusiya Federasiyasına açıq nifrət edənlər: Gürcüstan, Ukrayna, Moldova, Latviya, Litva, Estonya 1945-ci ildən 1990-cı ilə qədər Sovetin əsarətində yaşamış Şərqi Avropa. Jirinovskinin “Paşinyanı biz saxladıq” kimi sözləri bu insanın dəliliyinə dəlalət edir. Paşinyanı ən azı 2 ildir, siz yıxmağa cəhd etdiniz, indi də buna davam edirsiniz. Ancaq sizin həyasızlığınız erməniləri qəzəbləndirdi və birinci dəfədir, Rusiyanın əleyhinə olan şəxs (Paşinyan) seçkiləri qazandı. Sizdən fərqli olaraq, Prezident Əliyevin onlarla Avropada və bir o qədər də Amerikada, Türkiyə kimi sivil dost ölkələri vardır… Əliyev xalqa söykənərək reformalar edəcək, Azərbaycanı tamamilə başqa bir səviyyəyə qaldıracaq. Jirinovski kimi deputatları olan Rusiyanın isə gələcəyi parçalanmaq və Sibirin Çin Respublikası tərəfindən udulması ilə qurtaracaq. Jirinovski kimi əbləhlər də ayaqlarını Volqa çayında yumağa məcbur olacaq. Jirinovskinin sərsəmləməyinə nota səviyyəsində cavab verilməməlidir. Azərbaycanın tanınmış psixiatrları, Rus alimlərini də bu işə qoşmaqla bu adamın cəmiyyətdən izolyasiya edilməsini təklif etməlidirlər. Mənim yazdıqlarıma diqqət yetirin. Bu adam zir dəlidir. Bu insan (insanlardan üzr istəyirəm) həmişə seçki qabağı dəlilik faktorundan istifadə edir. Mən vaxtilə çox yuxarı postlarda olanlardan Jirinovski barədə soruşmuşdum. Onların cavabı “Rusiyada da 8 faizə yaxın dəli var və onlar Jirinovskiyə səs verirlər” kimi oldu” – R.Quliyev vurğulayıb.

Bənzər yazılar

SON DƏQİQƏ! Əsirlikdən qayıdan Aminin vəziyyəti AĞIRLAŞDI – anası təcili müraciət yaydı(VİDEO)

admin

Prezident İlham Əliyevdən karantin rejimi ilə bağlı VACİB FƏRMAN – SON DƏQİQƏ

admin

Lavrov status məsələsinin gorbagor olduğunu bir daha təsdiqlədi

admin

Prezident İlham Əliyev onun haqqında uydurulan mifi belə darmadağın etdi

admin

Tükiyədə ali təhsil adı altında müdhiş DƏLƏDUZLUQ – “The Times” şirkətində fırıldaqçı Ceyhun KİMDİR?

admin

Baş Prokurorluq bu şəxslərlə bağlı təcili XƏBƏRDARLIQ ETDİ – “Məsuliyyətə cəlb ediləcək “

admin