13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER SEÇMƏ

Təhsil Nazirliyindən 25 milyonluq tender OYUNU – 200 min vergi borcu olan şirkət necə qalib oldu?

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən 3 iri tender müsabiqəsinin qalibləri məlum olub.
GUNinfo.az bildirir ki, dövlət satınalamalarının vahid internet portalına istinadən xəbər verir ki, bunlar “Mühəndislik Tikinti Təchizat” MMC, “Simplex” QSC və “Element YT” MMC-dir. Həmin şirkətlərə müvafiq olaraq, 4 milyon 894 min, 6 milyon 483 min və 13 milyon 99 min manat ödəniləcək.

Göründüyü kimi, ən böyük tender “Element YT” MMC-yə nəsib olub. Nəticələrdən belə məlum olur ki, 13 milyon manatdan artıq pul yanğından mühafizə sistemlərinin alınıb-quraşdırılmasına xərclənəcək. Maraqlıdır ki, nazirlik ötən il də eyni adla həmin şirkətə 12.4 milyon manat ödəyib.

Deməli, iki ildə nazirlik tərəfindən yanğından mühafizəyə 25 milyon manatdan artıq pul xərclənib və hər iki müsabiqəni eyni şirkət udub.

Onu da qeyd edək ki, cəmi 100 manat nizamnamə kapitalı olan bu şirkət 2019-cu ildə qeydiyyata alınıb və necə olubsa, dərhal da ard-arda iki il hər biri 10 milyon manatı aşan tenderlər qazanıb.

Hansı ki, qanunda xüsusilə də belə iri tenderlərlə bağlı qalib şirkətin çoxillik təcrübəsi də daxil olmaqla, çoxsaylı tələblər var. Ancaq Azərbaycan reallığında buna bənzər nümunələr kifayət qədər çoxdur və yəqin ki, burada təəccüblənəcək bir şey yoxdur…

Digər maraqlı məqam nazirliyin 6.5 milyon manatlıq tenderini qazanan “Simplex” QSC ilə bağlıdır. Belə ki, hal-hazırda bu şirkətin dövlətə 130 min 200 manat vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinə görə isə vergi borcu olan şirkət ümumiyyətlə, tenderdə iştirak edə bilməz…AzPolitika.info

Bənzər yazılar

Azərbaycan-İran sərhədində silahlı çatışma – ÖLƏN VAR

admin

SON DƏQİQƏ!Deputat Elşad Mirbəşiroğlu bu səbəbdən İnterpola axtarışa verilir – AÇIQLAMA

admin

SON DƏQİQƏ!Mərdəkanda və Yasamalda silahlar işə düşdü – yaralılar var

admin

Dünya ŞOKDA: Ermənilər “Bayraktar TB2”ni OĞURLADILAR-“Bu dronları erməni fiziklər yaradıb”(VİDEO)

Fikrət Fərhadoğlu

ƏHALİYƏ ŞAD XƏBƏR: Bu tarixdən metro açılır, marşrut xətləri üzrə avtobuslar tam işə başlayır – RƏSMİ AÇIQLAMA

admin

“Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb”” – İDDİA”

admin