21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
SEÇMƏ

Türkiyə-İsrail münasibətlərində TARİXİ MANEVR: Labüd yaxınlaşmanın STRATEJİ MAHİYYƏTİ – ARAŞDIRMA



Hazırda Şərqi aralıq dənizi regionunda baş verən proseslər Türkiyə-İsrail yaxınlaşmasını məcbur edir. Pandemiya sonrası yaranacaq situasiya region ölkələrinin strateji əməkdaşlığını labüd edir və Türkiyə və İsrail bu ittifaqın mərkəzi olmaq yolunda ən güclü namizədlərdir. Yəni, Türkiyə və İsrailin mənfəətləri indi bir-biri ilə daha çox örtüşür. Məncə, hər iki dövlət bu istiqamətdə strateji əməkdaşlıq platforması yarada bilərlər və yaxud yaradacaqlar.

İndiki İstanbul 1000 ildən çox Roma imperiyasının paytaxtı idi. Daha sonra Sultan Məhməd Fateh tərəfindən bu şəhər ələ keçirildi. Bu osmanlı sultanı da elə o tarixdən dərk edirdi ki, Aralıq dənizi hövzəsindəki ölkələr dünyanın qalan hissəsi ilə dinamik münasibətlər qurmalıdır. Keçən əsrin 30-cu illərində Atatürk qərbdən gələ biləcək təhdidlərə qarşı Balkan paktını formalaşdıra bilmişdi.

İndi baş verən siyasi və tarixi proseslər, koronavirus pandemiyasının nəticələri elə bir siyasi situasiya yaradıb ki, Türkiyə və İsrail indiyəcən aralarında mövcud olan narazılıqları bir kənara qoyub yenidən strateji əməkdaşlıq platforması yaratmaq zəruriyyətini hiss etməyə başlayıblar.

Aralıq dənizi regionunda daha kiçik dövlət və xalqlar üçün qərb dəyərləri və NATO ətrafında əməkdaşlıq edə biləcək Türkiyə-İsrail strateji əməkdaşlıq platformasının böyük faydaları ola bilər. Əslində, belə bir model ABŞ prezidenti Bayden, Böyük Britaniyanın baş naziri Conson və Fransa prezidenti Makron tərəfindən də müsbət qarşılanır. Bu dövlətlərin geopolitik maraqları üçün Türkiyə-İsrail strateji əməkdaşlıq formatı Rusiya və Çin ekspansiyasına qarşı olduqca vacib məqsəddir. Bu platformanı həyata keçirmək üçün Türkiyə prezidenti və 20 ildir iqtidarı əlində saxlayan Təyyib Ərdoğanın böyük potensialı var.

Şübhəsiz ki, İsrailin yeni baş naziri Naftali Bennett də siyasi iradə göstərsə, Aralıq dənizi regionunda qərbin də maraqlarına cavab verən Türkiyə-İsrail strateji platforması qurula bilər.

Bu, birmənalı olaraq Türkiyə və İsraillə yaxşı münasibətləri olan Azərbaycan üçün də əhəmiyyətlidir.

***

Türkiyə Putinin eksponsionist siyasətinə qarşı Qara dənizdə, Yaxın şərqdə və Şimali Afrikada mübarizə aparır. Türkiyə hazırda öz hərbi potensialı ilə sərhədlərindən uzaqda da əməliyyatlar aparmaq qabiliyyətinə malikdir.

Reallıq budur ki, türklərin hərbi-sənaye potensialı Avropa və Avrasiyada da genişlənməkdədir. Üstəlik, Türkiyə dövlətinin “Kanal İstanbul” kimi olduqca strateji əhəmiyyətə malik proyekti bu ölkə üçün vacibdir və gələcəkdə Aralıq dənizi və Qara dəniz hövzəsindəki ölkələr də “Kanal İstanbul” layihəsinin strateji imkanlarından yararlana biləcəklər.

Bu proyekt vasitəsi ilə postpandemiya sonrası dövrdə ticarət yollarının yenidən canlanması ilə eyni zamanda Qərb üçün vacib olan balkan ölkələri də iqtisadi canlanma yaşaya biləcəklər.

Aralıq dənizi regionunda baş verən hadisələr Çinin qlobal proyektlərindən daha çox cazibə mərkəzləri ilə yeni bir strateji model üçün vitrin ola bilər. Zənnimcə, bu model böyük və kiçik ölkələrin yararınadır və bu istiqamətdə əsas məsuliyyət də Türkiyə və İsrailin üzərinə düşür. Türkiyə-İsrail strateji əməkdaşlığı Azərbaycanın da maraqlarına cavab verir.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

GUNinfo.az

Bənzər yazılar

NAXÇIVANA DƏHLİZİ AÇILACAQ…

admin

Ermənipərəst Azərbaycan Xalq artistindən icra başçısına sui-qəsd – Çox titullu müğənni ilə bağlı ŞOK GİZLİNLƏR

admin

Prezident İlham Əliyevdən karantin rejimi ilə bağlı VACİB FƏRMAN – SON DƏQİQƏ

admin

Prezident işğaldan azad olunan yaşayış məntəqələrinin adını açıqladı

admin

Talibanın geyimi və bizim korrupsioner məmurların vicdanı – Kamal Əliyevdən ŞƏRH

admin

ABŞ prezidenti Co Baydenin 6 aylıq performansı: Trampın YERİ GÖRÜNMÜR – TƏHLİL

admin