16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

Türkiyənin Əfqanıstan STRATEGİYASI: Ərdoğanın Kabul macərası NƏ VƏD EDİR? – ARAŞDIRMA



Türkiyənin Əfqanıstan strategiyasının əsas məqsədi regionda hərbi mövcudiyyətdən daha çox uzunmüddətli siyasi gücünü, geopolitik maraqlarını təsis etməkdir.

Mən ABŞ əsgərlərinin Əfqanıstanı 10 il sonra tərk etməsini “sürətli çıxış” adlandırardım.

Amerikalılar 2001-ci ildən Əl-Qaidə ilə mübarizə məqsədi ilə Əfqanıstana daxil olmuşdular. Fərz edirəm ki, amerikalıların Əfqanıstan missiyası və hədəfləri təmin olunub; terror təşkilatının lideri Üsamə İbn Laden öldürülüb, Əl-Qaidə demək olar ki, zəifləyib.

Dəfələrlə vurğuladığım kimi, Əfqanıstan bir çoxuna “bataqlıq” kimi görünsə də, eyni zamanda bu coğrafiya bir sıra ölkələr üçün geopolitik əhəmiyyət daşıyır.

Yaxşı, bəs Türkiyənin Əfqanıstanda hansı geopolitik maraqları var?

Ərdoğan türk əsgərlərinin Kabul aeroportuna nəzarət edə biləcəyini deyir. O da məlumdur ki, Türkiyə bu addımla son vaxtlar münasibətləri pisləşən ABŞ ilə aradakı buzları əritmək istəyir. Yəni, Kabulda yerləşən türk əsgəri varlığı Ankaranın ABŞ-ın gözündə “vazkeçilməz” müttəfiq əhəmiyyətini böyüdür. Ancaq burda bir məsələ də var; Ərdoğan türk əsgərlərinin Əfqanıstanda bir şərtlə qalacağını deyir ki, qərb bunun maddi külfətini də üzərinə götürsün.

Mən Türkiyənin Əfqanıstanda qalmaq səbəblərini belə izah edirəm:

  • Türkiyə Əfqanıstandakı müxtəlif etnik qruplarla sıx kontaktlar yarada bilib. Marşal Rəşid Dostum vasitəsi ilə Türkiyə həm etnik sünni özbəklər, həm də şiə xəzərlərlə fəal işləyir.
  • Türkiyə Əfqanıstanda eyni zamanda ona görə qalmaq istəyir ki, dağınıq qaçqın axınının qarşısını nisbətən ala bilsin. Çünki əfqan qaçqınlar İran üzərindən Türkiyəyə daxil olurlar.
  • Əgər Türkiyə paytaxt Kabul aeroportunu nəzarətə alsa, bu, rəsmi Ankaranın NATO-nun nəzdində vacibliyini növbəti dəfə göstərmiş olacaq.
  • Əfqanıstanda Türkiyənin həm də iqtisadi maraqları var. Türk inşaat firmaları Əfqanıstandakı tərəflər arasında final sülh sazişi bağlandıqdan sonra inşaat sektorunda fəaliyyətə başlayacaq.

Bundan başqa, Türkiyə Əfqanıstanda var olmaqla, regionda S.Ərəbistanı, BƏƏ, İran kimi ölkələrin regionda geopolitik həvəslərini tarazlaşdıraraq, Asiyanın mərkəzində özü bir güc olmaq niyyətindədir.

Qısacası Türkiyə Əfqanıstandakı ayrı-ayrı etnik qruplarla təmas quraraq onları da razı salmağa çalışır. Əlbəttə, Ankara üçün ən vacib olanı Talibanla ümumi razılığa gəlməkdir. Doğrudur, Taliban ölkədə hər hansı xarici hərbi bazanın olmasına qarşıdır, ancaq diplomatik kanallar vasitəsi ilə Qətərin paytaxtı Dohada türk dövləti ilə siyasi-diplomatik təmaslarını davam etdirir. Rəsmi Ankara Talibana həm də onu təklif edir ki, bu ölkədə Pakistan və Macarıstanla birlikdə hərbi bazalarını qursun. Yeri gəlmişkən, Pakistanın Taliban üzərində ciddi təsir rıçaqları var.

Türkiyə və Pakistan münasibətlərinin yüksək olması da Ərdoğanın əlini gücləndirir.

Nəticə olaraq qeyd etmək istəyirəm ki, Türkiyənin Əfqanıstan strategiyası hərbi məqsəddən daha çox siyasi əhəmiyyət daşıyır. Fərz edirəm ki, Türkiyə Qarabağda, Liviyada və Suriyada həyata keçirdiyi sərt gücdən Əfqanıstanda istifadə etmək istəmir. Türkiyənin Əfqanıstandakı əsas geosiyasi məqsədi regionda öz yumşaq gücünü (soft power) birdəfəlik daimi statusa çevirməkdir.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

GUNinfo.az

Bənzər yazılar

Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığı hansı meyarlarla təsdiqlənəcək? – ŞƏRH

admin

Ermənistanın 246-ci alayın komandiri və müavini MƏHV EDİLDİ

admin

Kamal Əliyev: “Kreml Paşinyanın xarici işlər naziri postuna namizədi Armen Qriqoryana NARAZIDIR” – AÇIQLAMA

admin

Gülməmmədov: “Azərbaycanın Moldovadakı Səfiri Dağlıq Qarabağın erməni separatçılarını faktiki olaraq dəstəkləyir” FOTO – VİDEO

admin

BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə – ŞOK MƏLUMATLAR

admin

SON DƏQİQƏ!QƏRAR VERİLDİ:Restoran və kafelər BAĞLANDI – Aprelin 15-dən… – RƏSMİ

admin