Guninfo.az
Image default
SEÇMƏ

Vətən müharibəsi dövründə bir yumruq olan xalq Qarabağın bərpasında da birlik nümayiş etdirəcək

Vətən müharibəsi dünyaya bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Biz müzəffər xalq kimi özümüzü bir daha təsdiq etdik və bununla daima qürur hissi keçirəcəyik.

Bu müddət ərzində həm döyüş meydanında – səngərdə, həm də diplomatik masada, informasiya məkanında uğurlar qazandıq. Bü ölkəmizdə olan güclü dövlət və xalq birliyinin nəticəsidir. Dövlət başçısı cənab İlham Əliyev bu birlikdən güc alaraq bütün təhdidləri, siyasi təzyiqləri dəf etdi, iradəsi ilə Azərbaycan xalqının maraqlarını qətiyyətlə müdafiə etdi. Apardığı məqsədyönlü xarici və daxili siyasətinin nəticəsində tarixi qələbə qazandı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz xalqımızın 30 illik həsrətinə son qoydu. Artıq erməni təcavüzündən azad olunmuş Qarabağ üçün yeni dövr, Böyük Qayıdışa xidmət edən layihələrin icrasına başlanılıb. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, həmçinin təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Azərbaycan xalqı bu Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürməklə milli-mənəvi birliyimizi, vətənə, torpağa sevgisini nümayiş etdirəcəkdir. Qarabağın bərpasında hər birimizin payı olacaqdır. Bununla da Qarabağın bizim üçün nə qədər əhəmiyyət kəsb etdiyini bir daha göstərmiş olacağıq.

Şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı göstərilməsi hər zaman dövlətin əsas prioritetlərindən biri olub. Bu gün yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün “YAŞAT” Fondunun yaradılması buna bariz nümünədir. Özündə böyük humanitar missiyanı əhatə edən “YAŞAT” Fonduna könüllü ödəmələr bu gün də davam edir.

Dövlət Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin hər bir müraciətinə həssaslıqla yanaşır, onların sosial və digər problemlərinin qısa müddət ərzində həllinə nail olur.

Həmçinin Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın da ödənilməsi prosesi dövlətin nəzarətindədir. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülür. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyacları təmin edilir və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət tərəfindən maliyyə yardımları göstərilir. Dövlətin qayğısı zərər çəkmiş bütün mülki əhalini əhatə edəcəkdir.

Əminəm ki, ən qısa zamanda işğaldan azad edilmiş rayon və şəhərlərimizdə vətəndaşlarımızın layiqli yaşayışı təmin olunacaq, bu bögələrimiz respublikamızın inkişaf etmiş regionları sırasında öz layiqli yerlərini tutacaqlar.

Torpaqlarımızın azad olunmasını, tarixi ədalətin bərpa edilməsini bizə qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və can sağlığı diləyirik !

Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü,

Hüquq Məsələləri Daimi Komissiyasının sədri

Eldar Mirzəliyev

Bənzər yazılar

Yardımlı icra başçısı və müavinləri yerli sakinləri rayondan didərgin salır – PREZİDENTƏ MÜRACİƏT(VİDEO)

admin

Arif Alışanovu hədələdi, anasının yasından gələndə qəzaya düşdü VƏ…. – Müğənninin yarım qalan həyat gizlinləri

admin

Xarici İşlər nazirliyində XÜSUSİ ƏMƏLİYYAT – DTX -a nazirliyin vəzifəli şəxslərini qandalladı

admin

Ata Abdullayevlə bağlı PİS XƏBƏR – RƏSMƏN AÇIQLANDI

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ – bu şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə veriləcək – QƏRAR VERİLDİ

admin

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin