31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
SEÇMƏ

Xaçmazda “yaşıl terror”:Deputat Eldəniz Səlimov hektarlarla meşə sahəsini belə məhv etdi – VİDEO+FOTO

Xaçmazın Fərzəlioba kəndi (Köhnə Xudat bələdiyyəsi) və İdrisoba kəndi yaxınlığında ağaclar kütləvi şəkildə məhv edilir.

GUNinfo.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Cəmil Məmmədli və ekoloji sahə fəalı Cavid Qara (Ecofront) paylaşıb.
Meşə sahəsinin məhv edilməsindən qəzəblənən kənd sakinləri həmin ərazinin Köhnə Xudat bələdiyyəsində məsul vəzifə tutan Faiq Savcıyev tərəfindən külli miqdarda pul qarşılığında deputat Eldəniz Səlimova satıldığını bildiriblər.
Sakinlər deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2004-cü ildə həmin meşə zolağında çox sayda qiymətli ağac əkilib, lakin o qiymətli ağaclar, xüsusilə də 250 qoz ağacı meşə sahəsi məhv edilərkən kəsilib.
Sakinlər əlavə ediblər ki, 2011-ci ildə prezidentin Fərmanı əsasında o ərazilərdə torpaq satışı qadağan edildiyi üçün F. Savcıyev qanunsuz satdığı torpaq sahələrini saxta sənədlərlə köhnə tarixə rəsmiləşdirib. Sözügedən meşə sahəsinin satışı da 2006-ci il tarixi üzrə sənədləşdirilib.
Cəmil Məmmədli bəhs etdiyi meşə sahəsinin “təmizlənməsinə” dair 02 may 2021-ci il tarixdə bağlanmış müqavilənin surətini də özünün sosial şəbəkə hesabından paylaşıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə sahəsinin məhv edilməsinə görə 600 min manat cərimə tətbiq edib.

Bənzər yazılar

DTX-nin Mədəniyyət Mərkəzi musiqili videokompozisiya hazırladı – VİDEO

admin

SON DƏQİQƏ! TƏBİB-DƏ təcili iclas – Yeni qərar olacaq(VİDEO)

admin

Azərbaycanda səs-küylü həbslər başladı: Vəzifədən uzaqlaşdırılan bu şəxslər MƏHKUMLUĞA DOĞRU – KRİTİK AÇIQLAMA

admin

Səfərbərlik Xidməti vacib məlumat yaydı – SON DƏQİQƏ

admin

Qeyri neft sekterunun inkişafına xidmət edən dövlət təşəbbüsləri – YAP üzvündən AÇIQLAMA

admin

SON DƏQİQƏ: Bakıda məşhur Meyvəli” BAZAR YANIR

admin