19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SİYASƏT

Azərbaycan Jirinovskilə bağlı Rusiyaya nota verdi- SON DƏQİQƏ



1 avqust 2021-ci il tarixində Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.

GUNinfo.az bildirir ki, u barədə Ucnoqta.az-a XİN-dən məlumat verilib.

Məlumata görə, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Bənzər yazılar

SON DƏQİQƏ: Ərdoğan “Taliban”ın Türkiyəyə təklifini açıqladı – Onlar bizdən bunu istəyirlər

admin

SON DƏQİQƏ: İlham Əliyev çox vacib 2 FƏRMAN, 1 SƏRRƏNCAM imzaladı

admin

DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi

admin

SON GƏLİŞMƏ!İmperiyanın qəflət ÇÖKÜŞÜ: Kəmaləddin Heydərova vurulan AĞIR ZƏRBƏ

admin

Son dəqiqə: Ermənistanda etirazçılar Müdafiə Nazirliyini ələ keçirdi

admin

SON DƏQİQƏ:Prezident növbəti TVİT paylaşdı – FOTO

admin