16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SİYASƏT

“Azərbaycan XİN İrana nota verməlidir” – Səfirin Kəlbəcərlə sərhəddəki erməni hərbi hissəsinə səfərinə etiraz


Ötən gün İranın Ermənistandakı səfiri Bədəxşan Zohuri Kəlbəcərlə sərhəddə yerləşən erməni hərbi hissələrinə baş çəkib. Onu İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi Bəhmən Sadegin və Ermənistan Müdafiə Nazirliyinin yetkililəri müşayiət ediblər.
Maraqlıdır, İran bu addımı hansı statusla atıb? Ümumiyyətlə, buna nə ehtiyac vardı?
Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev Sfera.az-a açıqlamasında deyib ki, əslində İranın Ermənistandakı səfiri Bədəxşan Zohurinin Kəlbəcərə səfəri bir qədər gecikib və bu, təəccüblüdür:
“Son 30 ildə Qarabağla bağlı bütün məsələlərdə İran həmişə Ermənistanı dəstəkləyib. Bu, birmənalıdır. İran hələ də nə etmək istədiyini başa düşmür. Hazırda bu ölkə ATƏT-in həmsədr dövlətlərinin İrəvandakı səfirləri ilə eyni statusda çıxış edir. Yəni, ABŞ-ın, Fransanın İrəvandakı səfiri Kəlbəcərə gəlmişdi, artıq İranın da səfiri eyni addımı atdı. Bu adam işğalçı Ermənistanın ölənlərinin yaxınlarına başsağlığı verdi. Amma İranın Azərbaycandakı səfiri niyə bir dəfə də düşünmədi ki, 44 günlük müharibə ərzində verdiyimiz 3 minə yaxın şəhidlər də müsəlmandır və onlara başsağlığı versin?
İran öz siyasətində Azərbaycanı təcrid edir. Dövlətimizin təkcə Qafqazda deyil, tədricən MBD məkanında, Şərqi Avropada söz sahibi olması, Yaxın və Orta Şərqdə Türkiyə ilə birgə fəaliyyəti, Pakistanla əməkdaşlığı İranı özündən çıxarır. Amma sözügedən ölkə bir neçə şeyi xatırlamalıdır. Son 1300 il ərzində İranda iki dəfə farslar hakimiyyətdə olub. Onu dövlət kimi bu günə qədər türklər qoruyub saxlayıb. İran orada olan azərbaycanlıları narkotik və digər yollarla məhv etməyə çalışsa da, bacarmır. Azərbaycanda da patı kimi süni narkotiklərin mövcudluğu bu ölkənin fəaliyyətinin nəticəsidir. Hələ bütün bunlardan sonra utanmadan İran Azərbaycanı guya ki dəstəkləyir”.
Müsahibimiz qeyd edib ki, bu günə qədər heç bir İran rəsmisi “Qarabağ Azərbaycanındır” deməyib:

“ATƏT-in keçmiş həmsədr dövlərini yenə başa düşmək olar. Amma İranın hansı statusla sərhədə gəlməsi qeyri-müəyyəndir. Təbii ki, hər bir səfir öz dövlətindən rəsmi diplomatik xətlə alınan tapşırığı icra edir. Bu baxımdan Azərbaycanın Xarici işlər naziri İranın buradakı səfirini çağırıb nota verməlidir. Dini Qurumlarla İş Üzrə Komitə İranın burdakı dini nümayəndəliyini bağlamalıdır. Seyid Ocaq Nejadın burda nə işi var? Bu adam Azərbaycan daxilində ayrı-seçkilik salır, sünni-şiə məsələsini qaldırır, ara qarışdırır və.s.  Aidiyyatı qurumlar bununla bağlı ölçü götürməlidir. Artıq İranın İrəvandakı səfiri öz dövlətinin tapşırığını yerinə yetirməklə Azərbaycanın ərazi bütövlüyünə dil uzatmağa çalışıb. Bunun üzərinə media da, siyasi partiyalar da getməlidir”.

Bənzər yazılar

SON DƏQİQƏ: Xüsusi Təyinatlı 3 polkovnik həbs edildi – VƏTƏNƏ XƏYANƏT EDƏN HƏRBİÇİ AJANLAR KİMLƏRDİR?

admin

Minlərlə vətəndaşa ŞAD XƏBƏR: İlham Əliyev SƏRƏNCAM İMZALADI

admin

“Vaşinqton Avropa İttifaqının yanında olsa, Qafqaz alovun mərkəzinə çevriləcək” – ŞOK PLAN

admin

2020-ci ilin yekunları: Prezident müşavirədə hansı aktual məsələlərə toxundu, hansı mühüm mesajlar verdi? – TƏHLİL

admin

Füzuli rayonunda taxıl biçini davam edir

admin

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində döyüşlər gedir? – MN TƏCİLİ AÇIQLAMA

admin