31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
SİYASƏT

Bayden-Ərdoğan görüşü: “Türkiyə lideri kartları açacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Brüsseldə keçiriləcək NATO sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşəcəyi Yunanıstanda narahatlıq yaradıb.

GUNinfo.az xəbər verir ki, Türkiyə lideri sammitdə Yunanıstan Baş naziri Kirakos Miçotakislə də görüşəcək.

Ərdoğan-Baydenin görüşünün Ərdoğan-Miçotakis görüşündən əvvəl olub-olmayacağı Afina üçün önəmli olduğu bildirilib.

“Əgər Ərdoğan Baydendən əvvəl Miçotakislə görüşsə, kartlarını açmaq üçün Amerika lideri ilə görüşü gözləyəcək. Əgər Miçotakisdən əvvəl Baydenlə görüşsə, o zaman da bu görüşün nəticəsi Miçotakislə görüşünə böyük ölçüdə təsir edəcək”, – “Real News” qəzeti yazıb.

“Kathimerini” qəzeti isə Ərdoğan-Miçotakis görüşünün iki liderin əvvəlki təmaslarından fərqli olacağını bildirib. Qəzet iki liderin təkbətək görüşəcəyini iddia edib.

Qeyd edək ki, Prezident Ərdoğan Baş nazir Miçotakislə son dəfə 2019-cu ildə görüşüb.Teleqraf.com

Bənzər yazılar

XƏBƏR AZ ÖNCƏ GƏLDİ:Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini dayandırdı

admin

TƏCİLİ!Paşinyandan ŞOK TAPŞIRIQ – Azərbaycan tərəfi ilə razılaşdı – SİRLƏR AÇILIR

admin

Prezident növbəti mühüm sərəncam İMZALADI – SON DƏQİQƏ

admin

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ: “Bir gecə xəbərsiz ordu ilə gələrik”

admin

Ermənistan hamını ALDADIB- Müharibənin 22-ci günündən sonra…- ŞOK DETALLAR

admin

SON DƏQİQƏ! Moskvada DANIŞIQLAR BAŞLAYIR – Ermənistan və Azərbaycanı kimlər təmsil edəcək

admin