21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
SİYASƏT

“Biz üçüncü dəfə minalanmış ərazilərin xəritəsinin qaytarılmasının şahidi olacağıq” – Mişelin Cənubi Qafqaza səfərinin PƏRDƏARXASI



“Rusiya və Amerikanın Qafqaz bölgəsinə bu qədər yaxından maraq göstərməsi, eyni zamanda Azərbaycan-Ermənistan arasında mövcud məsələləri izləməsi istər-istəməz Avropanın da prosesdən kənarda qalmamasına səbəb olur”.

Guninfo.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Turan Rzayev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana və Ermənistana, o cümlədən Gürcüstana gözlənilən səfərindən danışarkən deyib.

O bildirib ki, Mişelin Gürcüstana səfərindən sonra biz üçüncü dəfə minalanmış ərazilərin xəritəsinin qaytarılmasının şahidi olacağıq:

“Yəni ABŞ, Rusiyanın ardından Avropa İttifaqı Şurasının da nümayəndəsinin təşəbbüsü ilə Ermənistan minalanmış ərazilərin xəritəsini, Azərbaycan isə bunun müqabilində saxlanılan diversantları qaytara bilər. Belə bir iddianın yaranma səbəbi var. Bu gün bildiyiniz kimi keçirilməli olan erməni diversantların məhkəməsi təxirə salınıb. Prosesin bu cür gedişatı təsadüfi deyil. Çox güman ki, Mişelin səfəri sonrası erməni tərəfi müəyyən qism xəritələri qaytaracaq”.

Politoloq Əlimusa İbrahimov isə saytımıza açıqlamasında deyib ki, Şarl Mişelin məhz regiona səfəri çox əlamətdardır:

“Gözlənilən görüşlərdə müəyyən məsələlər, o cümlədən son bir ildə Dağlıq Qarabağda başlayan proseslər müzakirə ediləcək. Azərbaycan prezidenti İlham Əliyevlə bu mözvuların müzakirə edilməsi isə bizim üçün çox əhəmiyyətlidir. İstənilən dövlətin beynəlxalq münasibətlər sistemində tutduğu yerdən asılı olmayaraq, regiona səfərinin bizim üçün heç bir qorxusu yoxdur. Qorxulu olan məhz Makron kimilərin məlumatı təkcə Ermənistan tərəfindən almasıdır. Son zamanlar bunun yolverilməz olduğunu artıq özü də başa düşüb. Mişelin səfərində məqsəd isə regionda baş verən hadisələr və regionun gələcəyidir”.

Müsahibimiz qeyd edib ki, Avropanın enerji təhükəsizliyi biləvasitə regiondan, Azərbaycandan çox asılıdır:

“Eyni zamanda regionda sabitliyin normal olması öz siyasətlərini yerinə yetirmək baxımından Avropa üçün çox önəmlidir. Digər tərəfdən Avropa İttifaqının Ermənistanı özünə çəkmək haqqında bir missiyası var. Aİ ilə Rusiya arasında münasibətlər çox gərgindir. Ermənistana da Rusiya tərəfindən son zamanlar ciddi təzyiqlər olunur. Əgər Aİ və ya ABŞ Rusiya qarşısında Ermənistana yardım etməsə, iki-üç ilə bu ölkə tamamilə Rusiyanın nəzarəti altına keçəcək. Paşinyanın heç hökuməti qurmamış Moskvaya səfər etməsi bundan xəbər verir. Mişelin regiona səfərinin ən böyük məqsədi də məhz Ermənistana Rusiya qarşısında dayanmağa öz köməyini təqdim etməkdir.

Həmçinin, Aİ Şurasının prezidenti Azərbaycandan Ermənistanı düşdüyü bataqlıqdan çıxarmaqda yardım etməyi də xahiş edəcək. Maraqlısı odur ki, Mişel həm Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, həm də Ermənistan Prezidenti Armen Sarkisyanla ayrı-ayrılıqda görüşəcək. Bu o deməkdir ki, sözügedən ölkədə baş nazir və prezidentin bu və ya digər məsələlərdə mövqeləri üst-üstə düşmür, onlar arasında fikir ayrılığı mövcuddur. Mişel burada onların mövqelərini yaxınlaşdırmaq istiqamətində də müəyyən tədbirlər görmək istəyir”.

Xatırladaq ki, Aİ Şurasının Prezidenti iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

Bənzər yazılar

Prezident qazi və şəhid ailələri ilə bağlı FƏRMAN İMZALADI

admin

Paşinyanın Qarabağla bağlı ŞOK PLANIN SİRRLƏRİNİ Aşotyan AÇDI – TƏCİLİ XƏBƏR

admin

Putin Qarabağla bağlı Təhlükəsizlik Şurasının təcili iclasını keçirdi -SON DƏQİQƏ

admin

Koçaryanın “Azərbaycanla diplomatik münasibət quraq” çağırışına cavab – Öncə bu iki şərti yerinə yetirin

admin

Rusiyadan Türkiyəyə Krımla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF: Bunu etməyə hazırıq

admin

Bahçeli: “Təmas xətti boyu Rusiya və Türkiyə sülhməramlıları olacaq”

admin