21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
SİYASƏT

“Bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki…” – Lavrovdan Qarabağ açıqlaması



“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər çərçivəsində baş tutub”.

GUNinfo.az  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Türkiyə prezidentinin Şuşaya səfərinə münasibət bildirərkən deyib.

“Biz bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq”, – deyə Rusiya XİN başçısı vurğulayıb./APA

Bənzər yazılar

Paşinyandan Bakı və Ankaraya TƏCİLİ MESAJ – Sülh danışıqları başlaya BİLƏR

admin

SON DƏQİQƏ!Avropa Parlamenti Azərbaycan və Türkiyəyə qarşı bu qətnaməni qəbul etdi

admin

İcra başçısının həbs səbəbi məlum oldu: Şəhid ailəsi…

admin

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib – FOTO

admin

“Vahid Rusiya” partiyasından rəy sorğusunda RƏZİL NƏTİCƏ: Putin hakimiyyəti necə əldə SAXLAYACAQ? – TƏHLİL

admin

əli kərimlinin anti-xalq sürüsünün yeni İXTİRASI – onlarda “papuqay” kimi cəh-cəh vuracaqlar

admin