21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
SİYASƏT

Ermənistanla sülh sazişimiz olmasa… – İlham Əliyev ELAN ETDİ



Əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur.

AZSABAH.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 25-də Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırki vəziyyətə həsr olunub. Başqa sözlə desək, postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi – bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır.

Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi”.

Bənzər yazılar

Türkiyə Qarabağla dayanmayacaq və… – Generaldan SENSASİON AÇIQLAMA

admin

SENSASİYON AÇIQLAMA: ”Rusiya Şuşaya çəkilən yolu ermənilərin nəzarətinə verməyə çalışır”

admin

Nazir ölkədən 28 milyard dollar belə çıxarıb – “Fövqəlnazir”in ofşor şirkətləri, Londondan, Dubayacan

admin

ƏHALİYƏ ŞAD XƏBƏR: Rüsum 1,5 manata endirildi – İlham Əliyev MÜHÜM QANUNU TƏSDİQLƏDİ

admin

Qarabağ ətrafında siyasi gərginlik: “Ərdoğan geri çəkilməyəcəyini bəyan etdi”

admin

Dinc əhaliyə qarşı erməni terroru – Moskva ilə Parisin kor və kar SİYASƏTİ

admin