10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
SİYASƏT

Gənclərə örnək Prezidentin 4 dildə keçirdiyi möhtəşəm mətbuat konfransı – Səkinə Quliyeva

“Prezidentin 4 dildə keçirdiyi möhtəşəm mətbuat konfransı biz gənclərə böyük örnəkdir!”

GUninfo.az bildirir ki, bunu Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü Səkinə Quliyeva deyib.

Şura üzvü bildirib ki, Prezident İlham Əliyevin məhz 26 fevral, Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi heç də təsadüfi deyildi. XX əsrin böyük soyqırımlarından biri olan Xocalı faciəsinin ildönümündə baş tutan bu konfrans, dünya ictimaiyyətinə verilən mesaj kimi dəyərləndirilə bilər. Bu konfrans haqqın yer üzündə bərqərar olmasının, ədalətin təzahürünün göstəricisi oldu. Prezidentin 4 dildə suallara yorulmadan, təmkinlə və faktlarla cavab verməsi biz gənclərə böyük örnəkdir. Onun göstərdiyi yüksək diplomatik məharət, natiqlik, əslində, heç də bizlərə yad olmadı. Nəinki, Azərbaycan xalqı, eləcə də, bütün dünya ictimaiyyəti, xüsusilə, Vətən Müharibəsi dönəmində döyüş meydanında olduğu kimi, danışıqlar masasında dəfələrlə əldə etdiyimiz uğurların yaxından şahididir.

Böyük Britaniyadan olan jurnalist Aynur Tattersalın mətbuat konfransında: “25 ildir jurnalistika ilə məşğulam, amma, hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışam” deyərək, səsləndirdiyi fikirlər, Möhtərəm Prezidentin bir çox sahədə olduğu kimi mətbuat sahəsində də ölkə başçısı olaraq, ilkə imza atdığını təsdiqləyir.

Gənclik dinamiklikdir, hazır cavablılıqdır, çeviklikdir. Düşünürəm ki, Azərbaycan gəncliyi xoşbəxtdir, çünki, özünə örnək götürə biləcəyi lider, hər yaş dövrünün ali ən zirvəsini özündə ehtiva edir.

Ümumiyyətlə, son illər ərzində ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq göstərir. Ümummilli lider, Ulu Öndər, Azərbaycan xalqının xilaskarı, dünya şöhrətli ictimai – siyasi xadim Heydər Əliyevin ideyalarının və uğurlu siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 17 il ərzində Respublikamız hər bir sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının səyi nəticəsində gerçəkləşən uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.

Biz bir daha bütün dünyaya nümunə olduq! Qalib xalq kimi tarixə düşməyimiz fəxrdir, qürurdur!

Bənzər yazılar

Lavrov İSTEFAYA GÖNDƏRİLDİ: Naziri kimin əvəz edəcəyi bilindi – SON DƏQİQƏ

admin

Ölkədə “Vətənin qurtuluşu uğrunda hərəkat” başladı – küçələrdə hakimiyyət əleyhinə İSTEFA səsləri, MEYDANA çağrış – TƏCİLİ

admin

SON DƏQİQƏ: Etiraza qalxan erməni qadınlar İLHAM ƏLİYEVƏ bu səbəbdən müraciət etdi – VİDEO

admin

SON DƏQİQƏ:İlham Əliyev yeni tvit paylaşdı – Bu ərazilərdə işğaldan azad edildi

admin

İcra başçısının həbs səbəbi məlum oldu: Şəhid ailəsi…

admin

SON DƏQİQƏ: Paşinyan parlamentdən belə qovuldu – BİABIRÇILIQ

admin