10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
SİYASƏT

İlham Əliyev bu qurum rəhbərlərin sərt tənqid etdi: “Vicdansızcasına istifadə edirdilər…”

“Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər”.

Savash.org xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovu videoformatda qəbul edərkən deyib. Bildirib ki, belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı.

“Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri – kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.

Bənzər yazılar

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir – CANLI

admin

Paşinyan ağ bayraq qaldırdı: “bizim üçün ağrılı güzəştlərə hazırıq” çağrışı etdi

admin

Prezident Əli Həsənovla bağlı SƏRƏNCAM verdi

admin

Moskva ona sadiq qalan Bakıya xəyanət etdi – Şevçenkodan şok açıqlama

admin

Cenevrə görüşü və Şuşaya doğru irəliləyən ordumuz… – BU GÜN NƏ BAŞ VERƏCƏK?

admin

TƏCİLİ:Ceyhun Bayramovun Mnasakanyanla görüşəcəyi İsveçrə səfərindən imtina edildi – Azərbaycan yox dedi

admin