21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
SİYASƏT

İLHAM ƏLİYEV SƏRT DANIŞDI: “Onlar üçün ağır olacaq”- Ermənistana yeni müharibə xəbərdarlığı!



“Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu”.

Bu sözləri Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxışında deyib.

Lakin belə görünür ki, Ermənistan tərəfi hələ də bu reallıqla barışmır. Şuşada baş verən insident, Naxçıvanın atəşə tutulması və digər təxribatlar bunu deməyə əsas verir.

 

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Zaur Məmmədov cavablayıb. O bildirib ki, Nikol Paşinyan seçkiqabağı və seçkidən sonra təxribatlara davam edir:

“Seçkidən sonrakı davranışları ilə N,Paşinyan əsl təxribatçı olduğunu bir daha sübut etdi. Təbii ki, bizim üçün əsas məsələ Qarabağla bağlı münqaişə ifadəsinin artıq keçmişdə qalmasıdır. Biz indi post-münaqişə haqqında danışmalıyıq. Dövlət başçısı İlham Əliyev hər dəfə bu məqamı öz çıxışlarında xüsusilə vurğulayır. Bu yaxınlarda Avropa İttifaqının rəsmi saytında da bu baxış bucağına dəstək ifadə edildi. Orada bölgədə gedən proseslər şərh edilərkən sülhün gücləndirilməsi, quruculuq işlərindən bəhs olundu. Ermənilərin arzu etdiyi status məsələsi müzakirə obyekti olmadı”.

Ekspert qeyd edib ki, İlham Əliyev Qoşulmama Hərəkatının toplantısında regiondakı reallıqlardan söz açıb. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilərin növbəti iddiaları və cəhdləri də iflasa uğrayacaq:

“Şuşada baş verən hadisələr Ermənistanın təxribatçı tərəf olduğunu sübut edir. Əgər həqiqətən kimlərsə Ermənistanla birgə Xankəndi və ətraf rayonlarla bağlı təxribat törədər, o zaman yeni müharibənin şahidi ola bilərik. Bütün bunlar Ermənistan üçün arzuolunan hal deyil. Yaxşı olar ki, ermənilər kiməsə güvənərək absurd fikirlər səsləndirməməlidir. Əks halda nəticələri onlar üçün ağır olacaq”.

Bənzər yazılar

SON DƏQİQƏ! Azərbaycanda güclü partlayış – ağır yaralılar var

admin

TƏCİLİ! Baydendən PAŞİNYANA SENSASİON MƏKTUB: Qarabağ haqqında ŞOK GİZLİNLƏR – TAM MƏTN

admin

əli kərimlinin anti-xalq sürüsünün yeni İXTİRASI – onlarda “papuqay” kimi cəh-cəh vuracaqlar

admin

SON DƏQİQƏ:Mövlud Çavuşoğlu Dağlıq Qarabağla bağlı təcili Bakıya gəldi – Müzakirələr gedir

admin

Prezident Zaur Mikayılovu yüksək vəzifəyə təyin etdi – SƏRƏNCAM

admin

İlham Əliyevin bu sözləri Ermənistanı SİLKƏLƏDİ: Ordumuz HƏR GÜN…

admin