18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
SİYASƏT

Lavrov istefaya göndərilir – Rusiyanın yeni xarici işlər naziri bu şəxs olur – AÇIQLAMA

Rusiyada həftə sonu keçiriləcək Duma seçkilərinin nəticələri rezonans doğura bilər.

GUNinfo.az  xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

İki “ağır çəkili fiqur” – hakim Vahid Rusiya partiyasının namizəd siyahısının başında yer alan müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun siyasi gələcəyi maraq doğurur.

Prezident Vladimir Putin Şoyqu və Lavrovun Dumaya seçiləcəkləri təqdirdə kabinetdəki yoxluqlarını hiss edəcəyini demişdi.

Politoloq Dmitri Abzalov News.ru portalına müsahibəsində nazirlərin istefa vermə ehtimalından danışıb.

Onun sözlərinə görə, Şoyqu müdafiə naziri postundan qəti şəkildə imtina etməyəcək. Amma Lavrov seçiləcəyi təqdirdə onun Dövlət Dumasında bir vəzifə tutması son dərəcə mümkündür. Politoloq təcrübəli siyasətçinin Dumanın vitse-spikeri olacağı və beynəlxalq əlaqələr komitəsinə rəhbərlik edəcəyi qənaətindədir. Bəzi analitiklər isə Lavrovun yeni dövrdə Dumanın sədri ola biləcəyini düşünür.

Rusiya mediası uzun müddətdir ki, Sergey Lavrovun özünün xarici işlər naziri postundan istefa vermək istədiyini bildirib. Hətta bəzi şərhçilər onun postu üçün Putinin sözçüsü Dmitri Peskovun adını hallandırırlar.

Abzalov iki təcrübəli nazirin Duma seçkilərinə girməsini hökumətin xalqın narazılığını aradan qaldırmaq istəyi ilə əlaqələndirib. Onun fikrincə, nüfuzlu nazirlər koronavirus pandemiyası səbəbiylə qəbul edilən məhdudiyyətlərin təsirini aradan qaldırmaq üçün yeni cəbhədə “döyüşə” girirlər.

Politoloq Şoyqunun Uzaq Şərq və Sibir kimi inkişaf etməmiş bölgələrə maraq göstərdiyini söyləyib.

Başqa bir iddia hər iki nazirin seçkilərdə qalib gəldikdən sonra parlamentdəki vəzifələrindən istefa verəcəyi və bu postları siyahıdakı digər Vahid Rusiya namizədlərinə ötürmə ehtimalı ilə bağlıdır.

Rusiya mətbuatındakı bəzi şərhlərdə Sergey Şoyqu Putindən sonrakı mümkün ssenaridə prezidentliyə ən güclü namizədlərdən biri hesab olunur.

Duma seçkiləri cümə günü başlayacaq və bazar günü axşam başa çatacaq. / Teleqraf.com

Bənzər yazılar

Qarabağda yeni hərbi əməliyyat və Rusiya ilə İrana… – Prezidentdən çox mühüm AÇIQLAMA

admin

SON DƏQİQƏ! İlham Əliyev işğaldan azad edilən ərazilərlə bağlı ÇOX MÜHÜM FƏRMAN İMZALADI

admin

Ermənistanın sülh müqaviləsi ilə bağlı bu qərarı ölkəni qarışdırdı – Baş nazirin müavini ELAN ETDİ

admin

Prezident diplomatik xidmət orqanları əməkdaşlarına rütbə və medal verdi (SƏRƏNCAM)

admin

TƏCİLİ!Bu ölkələr Türkiyəyə qarşı birləşir – BÖYÜK MÜHARİBƏ…

admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gedir – SON DƏQİQƏ

admin