18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
SİYASƏT

Moskva Ermənistanı itirdi? – Sorosun malliyyə gücü, Rusiyanın zorunu yıxdı – AÇIQLAMA

Şuşa Bəyənnaməsi və Ermənistanda seçgilərlə bağlı bundan sonra baş verə biləcəkləri müzakirə etmək məqsədi ilə politaloq, Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər üzrə mütəxəssis Dos.doktor Xaliq Şükürov suallarımızı cavabandırıb.

GUNinfo.az həmin açıqlamanı təqdim edir:

-Xaliq müəllim Şuşa Bəyənnaməsinin məğzinı necə qısa izah etmək olar ?

Şuşa Bəyənnaməsi Türkiyə ilə Azərbaycanın konfederasiya bəyənnaməsidir.

-Bu bəyənnamənin Ermənistanın  siyasi həyatına nə dərəcədə təsiri olacaq ?

Əlbətdə böyük gözləntilər var. Ermənistanın Azərbaycan və Türkiyə ilə hesablaşmaqdan başqa çıxış yolu qalmayıb. Rusiya özü  belə bundan sonra Ermənistanı Azərbaycana qarşı təhdid kimi istifadə edə bilməyəcək. Ermənistanın Türkiyə və Azərbaycanla hesablaşmadan regionda nəsə edəcəy mümkün olmayacaq.

Ermənistanda ziyallıların və ağıllı insanların həqiqəti anlamasına  rusiya faktoru  mane olurdu. Ermənistan Azərbaycan münasibətlərində Ermənistanı pərdəarxası idarəedən tam Rusiya idi . Və Rusiya Ermənistanı idarəetməklə Türkiyə və Azərbaycana qarşı öz maraqlarını təmin etməyə nail olmuşdu. Ermənistanda Nikol Paşinyan Soros tərəfindən hakimiyyətə gətirildikdən sonra, münasibətlər tədricən dəyişməyə başladı.

44 yünlük savaşda da Rusiya Ermənistana silah-sursat dəstəyi versə də dipomatik olaraq, Azərbaycana qarşı xoşgörülü oldu və Azərbaycan beynəlxalq hüquqla tanınan öz ərazilərini bərpa edir dedi. Rusiya dolayı yolla Ermənistan siyasi hakimiyyətini cəzalandıraraq orada öz siyasi iradəsini bərqərar etməyə çalışdı. Lakin, gedən proseslər onu göstərdi ki, Rusiya bu prosesdə də usuzdu, Paşinyan yenidən az bir fərqlə qələbə qazandı. Bu o deməkdir ki, Rusiya Ermənistan münasibətləri hələ uzun illər gərgin olaraq qalacaq.

-Rusiya Ermənistanı itirdi deyə bilərikmi ?

-Xeyir, Rusiya Ermənistan üzərindən Türk yolunun (Zəngəzur dəhlizinin) təhlükəsizliyini üzərinə öhtəlik götürüb. Ermənistanda Rusiyanın hərbi bazası var və Ermənistan sərhədlərini demək olar ki, Rusiya silahlı qüvvələri qoruyur. Belə olduğu halda Ermənistanın tam olaraq Rusiyanın nəzarətindən çıxması mümkün deyil və əsla Rusiya buna imkan verməz.

-Bəs bundan sonra Ermənistanda nələr gözlənilir ?

Bu güclərin nisbətindən irəli gəlir. Məlum olduğu kimi, Sorosun siyasi və malliyyə gücü,  Rusiyanın zorunu yıxdı. Çox guman ki, bundan sonra Rusiya məsələnin həll yollarını daha gərgin siyası mübarizədə göstərəcək.

Bənzər yazılar

Azərbaycanda nazir müavini vəzifəsindən AZAD EDİLDİ – SON DƏQİQƏ

admin

Tramp 2024-cü ildə prezidentliyə namizədliyini verəcəyinə eyham vurdu

admin

SON DƏQİQƏ!Azərbaycan Ermənistanı qazla təmin edəcək – Moskvanın Bakıdan ŞOK TƏLƏBİ

admin

GECƏNİN ŞAD XƏBƏRİ: Prezident təsdiqlədi – Bu şəxslərin övladlarına uşaqpulu veriləcək

admin

Türkiyə hərbi texnikasını Ermənistanla SƏRHƏDƏ YERİTDİ – Qırıcılar, helikopter və yüzlərlə PUA-lar… – SON DƏQİQƏ

admin

Azərbaycanın Qarabağda tarixi qələbəsinə kölgə salan xəyanətkar Kərimli və müttəfiqlərinə tərs SİLLƏ – DETALLAR

admin