17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
SİYASƏT

Nikoldan Putinə SƏRT MESAJ: “Erməniləri qorumasan, Fransa və ABŞ-ı dəvət edəcəyik”



“Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycana qarşı ittihamlar səsləndirərkən, Rusiyadan narazılığını ifadə edən iki üstüörtülü mesaj göndərib”.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu fikir səsləndirib. O bildirib ki, Nikol Paşinyan rəsmi Bakının Qarabağdakı rusiyalı sülhməramlıların statusunu müəyyənləşdirmək istəmədiyini deyərək fikrini belə tamamlayıb: “Azərbaycanda erməni hərbçilər üzərində məhkəmələr davam edir. Həmin əsgərlər noyabrın 9-da rusiyalı hərbçilərin səlahiyyət zonasında əsir götürülüb”. Paşinyan bu cümlə ilə demək istəyib ki, Qarabağda erməni hərbçilərin əsir götürülməsinə Moskva göz yumub və Bakıya qarşı sərt açıqlama verməyib. Paşinyan Rusiyaya ikinci mesajında hədələyici cümlə işlədib: “Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini təklif edirəm. Əgər təşkilat çərçivəsində bunun yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılsın”. Yəni Paşinyan Moskvaya mesaj göndərir ki, siz sərhəddimizi nəzarətə götürüb erməniləri Azərbaycandan qorumaq istəmirsinizsə, biz Fransa və ABŞ-ı dəvət edəcəyik”.

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Şahinoğlunun sözlərinə görə, Paşinyana da aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya sərhəd məsələsinə qarışmaq istəmir: “Moskvanın özü Bakının təklifini səsləndirib: “Sərhəddə delimitasiya və demarkasiya işləri başlamalıdır”. Paşinyan “delimitasiya” və “demarkasiya” sözlərini ifadə etməkdən çəkinir. Paşinyan Rusiyanı erməni cəmiyyətinin gözündə daha da aşağılamağa çalışaraq sanki demək istəyir: “Ay ermənilər Rusiya bizi Azərbaycandan qorumaq istəmir, odur ki, Qərbdəki dostlarımıza müraciət etməliyik”. ABŞ və Fransa Ermənistanda Rusiyanı əvəz etməyə hazırdı. Rusiya isə bunu istəmir və rəqiblərini Ermənistana buraxmayacaq.

Bənzər yazılar

Koronavirus (COVID-19) pandemiyası dövründə Füzuli bu gün – FOTO

admin

Paşinyan TƏRAFDARLARI ŞOKDA – Seçki Komissiyası 70 məntəqədə səslərin yenidən sayılmasına QƏRAR VERDİ

admin

Səbail icra başçısı ilə deputat Nigar Arpadaraini yanaşı gətirən SƏBƏB – ŞOK DETALLAR (FOTO)

admin

SON DƏQİQƏ – İlham Əliyev qazilər və şəhid ailələri ilə bağlı mühüm FƏRMAN İMZALADI

admin

Azərbaycan Ordusu Gorusda: Paşinyan təcili Təhlükəsizlik Şurasını topladı – Rusiyaya zəng və… – ŞOK GƏLİŞMƏ

admin

​İlham Əliyev çox MÜHÜM ÜÇ FƏRMAN İMZALADI

admin