19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SİYASƏT

Paşinyan-Putin görüşündən öncə Ağdamda təxribatın ŞOK DETALLARI – SİFARİŞÇİLƏR BƏLLİ OLDU?



Paşinyanın Moskvaya səfərindən bir gün əvvəl Ağdamda hərbçimizə atəş açılması onu göstərir ki, Qarabağ klanı hələ də sakit dayanmaq fikrində deyil və Nikolu Rusiyaya başıaşağı getməyə məcbur edir. Burada digər bir məsələ də, Qarabağ klanının Paşinyanı sülh sazişindən çəkindirməsidir. Təxribatlar da məhz buna hesablanıb. Ola bilsin ki, bu işlər birbaşa Koçaryanın əli ilə törədilir ki, Azərbaycan tərəfi adekvat addım atsın və beləcə vəziyyət daha da gərginləşsin. Lakin Koçaryan və Qarabağ klanı bir məsələni unudur. Paşinyan Kremlin demək olar ki bütün istəklərini yerinə yetirib. Odur ki, sülhə qarşı çıxan qüvvənin Paşinyan olmadığı bəllidir və Kreml bunu bilir. Üstəlik Paşinyanın Moskva səfərindən sonra çətin ki, Qarabağda silahlılar qalsın. Çünki məhz bu kimi hadisələr və məhz Ağdamda Azərbaycan hərbçisinin yaralanması birbaşa Putinin imicinə zərbədir. Ağdamın hədəf kimi seçilməsi də təsadüfi deyil. Çünki buradakı təmas xəttində Rusiya sülhməramlıları dayanır və Rusiya-Türkiyə birgə müşahidə məntəqəsi mövcuddur. Bura atılan güllə isə birbaşa Putinin imzasına və nüfuzuna xələl gətirir. Çox güan ki, Azərbaycan tərəfi bunun hesabını Kremldən soruşacaq.  

Bəs seçkidən sonra Paşinyanın Rusiyaya ilk işgüzar səfəri nə vəd edir?

Bu sualı KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, Putin və Paşinyan strateji əməkdaşlıq məsələlərini müzakirə edəcəklər: “Görüşdə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində inzalanmış üçtərəfli bəyanatların maddələrinin yerinə yetirilməsi, Qarabağda yaşayan ermənilərə humanitar yardımıın çatdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması məsələlərinin də müzakirə ediləcəyi gözlənilir. Nikol Paşinyan indi ciddi cəhdlə yeni hökumətin qurulması ilə məşğuldur və üçtərəfli bəyanatlardan irəli gələn məsələlərin həyata keçirilməsini müzakirə etməyin zamanı hələ çatmayıb. Hökumət tam fəaliyyətə başladıqdan və Paşinyan yenidən baş nazir kimi təsdiq olunduqdan sonra bu məsələlər istənilən halda müzakirə olunacaq və ciddi qarşıdurma yaradan problemlərin aradan qaldırılmasına səy göstəriləcək. Deməli, bu səfər Paşinyanın deyil, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə ortaya çıxıb. Görünür Rusiya öz tərəfdarlarının Ermənistanda qurulacaq yeni hökumətdə görmək üçün fəaliyyətə başlayıb. Rusiyanın tərəfdarlarının isə eks prezidentlər Robert Koçaryan və Serj Sarkisyan olduğu hamıya məlumdur”.

Ermənistan təklənir”

Politoloqun sözlərinə görə, Rusiyanı indiki şəraitdə Robert Koçaryan və Serj Sarkisyanın siyasi səhnədən uzaqlaşdırılması və bununla da Ermənistanın bütünlüklə Sorosçuların ixtiyarına verilməsi perspektivi qane etmir: “Məhz buna görə də, Paşinyan tələsik Moskvaya çağırılıb. Orada isə baş nazir səlahiyyətlərinin icraçısını Putinlə çox ağır və uzun bi söhbət gözləyir. KTMT-nin Baş Katibi Stanislav Zasın bu günlərdəki məlum bəyanatı Rusiyanın Ermənistana təsir mexanizminin artıq hərəkətə gətirildiyindən xəbər verir”.

Mövzu ilə bağlı saytımıza açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan Moskvaya parlament seçkisinin qalibi və Azərbaycanla müharibədə ağır məğlubiyyətdən sonra yerini möhkəmləndirmiş baş nazir kimi gedir: “Halbuki, Putin Moskvada dostu Robert Koçaryanı baş nazir kimi qəbul etmək istəyərdi. Olmadı. Putin erməni cəmiyyətinin seçimini qəbul etmək məcburiyyətindədir. Paşinyan sərhəd məsələsində Putindən dəstək istəyəcək. Ermənistan öz gücü ilə sərhədini qoruya bilmir və mövcud şəraitdə Rusiyanın Ermənistanda hərbi kontingentini artırmasını arzulayır. Rusiya Ermənistandakı hərbi bazalarını tədricən genişləndirməyə və Zəngəzurda yerləşməyə başlayıb. Ancaq Moskva Ermənistan-Azərbaycan sərhədi tam müəyyənləşməmiş sərhəddə hərbçilərini yerləşdirməyə də tələsmir. Çünki bu halda Rusiya sərhəd məsələsində Ermənistan tərəfdən prosesə müdaxilə etmiş olacaq, bu isə Moskva ilə Bakı arasındakı münasibətlərdə gərginliyi artıracaq. Ancaq o da bəllidir ki, Moskva Ermənistanın Azərbaycan qarşışsında tam gücsüz duruma düşməsini də istəmir və Paşinyan Putinlə görüşdə bu amildən istifadə etməyə çalışacaq”.

Elxan Şahinoğlu: Rusiyadan Azərbaycana daha bir zərbə dəydi - Meydan.TV

Moskvada nəqliyyat dəhliziylə bağlı müzakirələrə gəldikdə, politoloq bunları deyib: “Paşinyanın Putindən növbəti xahişi o olacaq ki, Moskva Zəngəzur dəhlizinin bərpası məsələsində israr etməsin. İrəvan bu məsələni mümkün qədər uzatmağa çalışır. Böyük ehtimalla Putin Paşinyana onun xahişləri qarşılığında nə qəti “hə”, nə də qəti “yox” deyəcək. Putin Ermənistanı əlində saxlamaqla yanaşı, Türkiyə və Azərbaycanla əməkdaşlıqdan qopmaq da istəmir. Kreml sahibi bu ikisinin arasında balansı müəyyənləşdirmək siyasətini davam etdirəcək”.

Bənzər yazılar

Prezident azad edilmiş ərazilərlə bağlı YENİ TVİT PAYLAŞDI – SON DƏQİQƏ

admin

Rusiyadan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: Təyyarə HAVAYA QALXDI

admin

“İlham Əliyev və Emmanuel Makron arasında razılıq əldə olundu” — Yelisey sarayı

admin

Amerikalı generaldan türk bayrağı önündə DÜNYAYA ŞOK ELAN – Hamı Ərdoğandan bu XƏBƏRİ GÖZLƏYİR

admin

“Bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki…” – Lavrovdan Qarabağ açıqlaması

admin

Səbail icra başçısı ilə deputat Nigar Arpadaraini yanaşı gətirən SƏBƏB – ŞOK DETALLAR (FOTO)

admin