10 C
BAKI
26 Oktyabr 2021
Guninfo.az
Image default
SİYASƏT

Peskov HƏDƏLƏDİ: “Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, Rusiya müəyyən addımlar atacaq”

Rusiya prezidentinin sözçüsü Dmitri Peksov Türkiyənin Azərbaycanda hərbi baza yaratması istəyinə belə reaksiya verib: “Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq. Rusiya Türkiyənin hərbi baza qurmaq istəyini yaxından təqib edir. Türkiyənin bu həmləsi qarşısında Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün addımlar atmalı olacaq”.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu KONKRET.az-a açıqlamasında Peskovun fikirlərini belə şərh edib:

“Peskovun cümlələrində birbaşa və sətiraltı hədələr var. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Peskovun hədələyici açıqlamasına aşağıdakı kimi reaksiya versəydi tam yerində olardı: “Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, bu ikili anlaşma çərçivəsində olacaq və üçüncü dövlətlərə qarşı yönəlməyəcək. Rusiyanın Türkiyənin qonşusu Ermənistanda hərbi bazası var və yenisini yaratması barədə xəbərlər yayılır. Biz Rusiyanın Ermənistanda hərbi bazasını genişləndirməsinə və yenisini yaratması istəyinə müdaxilə etmədiyimiz kimi Türkiyənin də qardaş və müttəfiq saydığı Azərbaycanda hərbi baza qurmaq təşəbbüsünə bir başqa dövlətin qarışmasını yolverilməz hesab edirik”.

 

Bənzər yazılar

SON DƏQİQƏ: Türkiyə – Yunanıstan arasındakı VƏZİYYƏT GƏRGİNLƏŞDİ

admin

Ölkədə “Vətənin qurtuluşu uğrunda hərəkat” başladı – küçələrdə hakimiyyət əleyhinə İSTEFA səsləri, MEYDANA çağrış – TƏCİLİ

admin

Ərdoğan TARİXİ SƏNƏDİ İMZALADI: Türkiyə bölgəyə ordu yeridir

admin

Leyla Əliyeva dünyanı “oyanmağa” çağırıb – FOTO

admin

Hulusi Akardan KRİTİK AÇIQLAMA: “Türkyə Silahlı Qüvvələri Qarabağda… “

admin

“Abel Məhərrəmov Ramiz Mehdiyevin əmrində Azərbaycan əleyhinə çox ciddi işlər aparır” – AÇIQLAMA

admin