19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SİYASƏT

Prezident dövlət qulluğu ilə bağlı qanunu təsdiqlədi – SİYAHI


Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

GUNinfo.az-ın “Ölkə.Az”-a istinadən verdiyi xəbərinə görə, qanuna dəyişikliklə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlara staj və sınaq müddəti tətbiq edilməyəcək.

Eyni məzmunlu dəyişikliklərin aşağıdakı sənədlərə də tətbiq edilib:

– “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna;

– “Diplomatik xidmət haqqında” qanuna;

– “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna;

– “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna;

– Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə;

– Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə;

– Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə;

– Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə.

Qeyd edək ki, dövlət qulluğunun xüsusi növü dedikdə prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər nəzərdə tutulur.

Bənzər yazılar

Azərbaycan Ordusu daha 23 kəndi işğaldan azad edib – İlham Əliyevdən SON DƏQİQƏ AÇIQLAMASI

admin

Rüstəm Muradov təcili İrəvana gedir — Müzakirə olunacaq məsələ…

admin

SON DƏQİQƏ: Ermənistanda əhali küçələrə axışdı – Paşinyanı devirmək istəyənlər hərəkətə keçdi

admin

İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini ilə görüşdü – FOTO

admin

SON DƏQİQƏ: Hindistanla Çin arasında DƏHŞƏTLİ MÜHARİBƏ – ÇOX SAYDA YARALI VAR

admin

Ərdoğanın Şuşa səfərinin tarixi açıqlandı – RƏSMİ

admin