Guninfo.az
Image default
SİYASƏT

Prezident Operativ Qərargaha hər kəsin gözlədiyi BU QADAĞANI LƏĞV ET DEDİ – SON DƏQİQƏ

Ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi, həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır, insanlar normal şəkildə idmanla məşğul olmalıdır. Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərə anlatmağa çalışır ki, nələri etmək vacibdir.

GUNinfo.az  AZSABAH.COM-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında qeyd edib.

Deputat iddia edib ki, bizdə çevik jurnalistika yoxa çıxmış kimidir:

“Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə Prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər? Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər”.

Bənzər yazılar

Koronavirus (COVID-19) pandemiyası dövründə Füzuli bu gün – FOTO

admin

Nazirliyin şöbə rəisi işdən çıxarıldı — Yoxlamalar başladı

admin

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin TAM SİYAHISI

admin

Ərdoğandan Fransa, ABŞ və Rusiyaya Qarabağla bağlı şok cavab: “Bizə ağıl verməyin”

admin

İRANIN İÇ ÜZÜ İFŞA OLUNDU:Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərdi- SƏNƏDLƏR

admin

Rusiyanın Qafqaz siyasəti – “…parçala, hökm et…”

admin