18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
SİYASƏT

Prezidentdən İrana: “Bu bazar o qədər önəmlidir ki, dost və qardaş saydığın ölkəyə belə hörmətsizlik edirsən?”

“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu TIR-lar müntəzəm olaraq ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat əlbəttə ki, yox idi”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Amma bu proses davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan istifadə edirik.

Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır”, – Prezident vurğulayıb.

Bənzər yazılar

Tramp 2024-cü ildə prezidentliyə namizədliyini verəcəyinə eyham vurdu

admin

SON DƏQİQƏ:Mövlud Çavuşoğlu Dağlıq Qarabağla bağlı təcili Bakıya gəldi – Müzakirələr gedir

admin

“VUR” ƏMRİ VERİLDİ : Yaponiya hərbi əməliyyatlara başladı? – Şərqi Çin dənizində DƏHŞƏTLİ MÜHARİBƏ

admin

“Oyunu biz qurduq, oyunları biz pozduq…” – Çavuşoğludan mühüm Qarabağ açıqlaması

admin

Nazir ölkədən 28 milyard dollar belə çıxarıb – “Fövqəlnazir”in ofşor şirkətləri, Londondan, Dubayacan

admin

ŞOK GƏLİŞMƏ!Ehtiyatda olan zabitlər yenidən hərbi təlimlərə çağırılır: Nə baş verir? – RƏSMİ AÇIQLAMA

admin