10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
SİYASƏT

Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

GUNinfo.az xəbər verir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.
Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

Bənzər yazılar

Son dəqiqə! Prezidentdən Şuşa yolu ilə bağlı vacib açıqlama – VİDEO

admin

Rusiyanın Azərbaycana qarşı SENSASİON OYUNU: Qarabağdakı sülhməramlıların ŞOK ADDIMLARI – ERMƏNİLƏRİ…

admin

Azərbaycan onları heç vaxt unutmayacaq: Bizə dəstək olan ölkələr – SİYAHI

admin

Ceyhun Bayramov: “Hərbi əsirlərin Ermənistana təhvil verilməsi məsələsi artıq bağlanıb”

admin

AZAL Müşahidə Şurasına verildi, nazir və nazir müavinləri yeni yüksək vəzifəyə TƏYİN OLUNDU – Prezidentdən SƏRƏNCAM

admin

Prezident onu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinə sədr təyin etdi

admin