25 C
BAKI
02 Avqust 2021
Guninfo.az
Image default
SİYASƏT

Rusiya kəşfiyyatından Yerevana təcili zəng: “Şuşa getdi, Xankəndi risk altındadır” – SENSASİON AÇIQLAMA



44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra etmiş Mikael Ambarsumyan Nikol Paşinyanın müharibəni daha əvvəl dayandırmaq şansından istifadə etmədiyini bildirib.

GUNinfo.az  erməni KİV-lərinə istinadən xəbər verir ki, Aambarsumyan Yerevanda Təhlükəsizlik Şurasının ötən il oktyabrın 19-da keçirilmiş iclasında generalların Paşinyana müharibədə məğlubiyyətin qaçılmaz olduğunu məruzə etdiklərini deyib.

“Təhlükəsizlik Şurasının iclasında həm Onik Qasparyan (o zamankı Baş qərargah rəisi), həm David Tonoyan (müdafiə naziri) Nikol Paşinyana məruzə etdilər ki, şansımız yoxdur və biz uduzuruq. İclasda prezident və bütün ermənilərin katolikosu da iştirak edirdi, o, Qarabağ ermənilərinin taleyi barədə həyacanlı çıxış etdi”,- Ambarsumyan bildirib.

M.Ambarsumyan qeyd edir ki, həmin vaxt Şuşa və “Hadrutun yarısı” onların əlində idi. O, iclasda Paşinyanın döyüş əməliyyatlarının dayandırılmasına dair Rusiyanın Azərbaycan tərəfi ilə konkret razılaşmaya gəldiyi barədə heç nə danışmamasından təəcübləndiyini deyir. Bildirir ki, həmin razılaşmaya əsasən tərəflər tutduqları mövqelərdə qalırdı və Qarabağa Rusiya sülhməramlıları yeridilirdi.

“Əgər Paşinyan həmin təklifi qəbul etsəydi biz minlərlə qurban verməzdik. Noyabrın 7-də Moskvadan rusiyalı həmkarlarımdan biri mənə zəng vurdu, dedi ki, indi xəritəni nəzərdən keçirirlər, Şuşanı artıq veriblər və görürük ki, siz uduzursunuz, Stepanakert (Xankəndi,-red.) risk altındadır, sizin rəhbərliyə konkret təklif verilib, nəyə görə ona reaksiya yoxdur? Mən vaxt istədim, Nazirlər Kabinetinin başçısı ilə əlaqə saxladım, dedim ki, təklif var. Sonra soruşdum ki, nəyə görə bu təklif qəbul edilmir? Qeyd etdim ki, bu ictimai müzakirə deyil, millət üçün taleyüklü məsələdir və məni qəbul etməsini xahiş etdim. Cavabı belə oldu: “İndi mən məşğulam, qəbul edə bilmərəm”,- Ambarsumyan bildirib.

Rusiya prezidenti Vladimir Putinin müharibənin dayandırılmasına dair oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyevlə razılığa gəldiyi, lakin Nikol Paşinyanın bu razılaşmadan imtina etdiyi çoxdan açıqlanıb. Bu haqda Putin özü də danışıb və deyib ki, razılaşmaya əsasən ermənilərin nəzarətində olan Şuşaya azərbaycanlıların qayıtması baş verməliydi, lakin Paşinyan dinc əhalinin şəhərə qayıtmasına qarşı çıxıb və həmin təklifi qəbul etməyib./Virtualaz.org

Bənzər yazılar

Ərdoğandan Qarabağla bağlı İNANILMAZ TAPŞIRIQ – Dünyaya SƏS SALACAQ

admin

TƏCİLİ!“Rusiya Qarabağda gizli de-fakto “dövlət” qurur” – SENSASİON AÇIQLAMA

admin

TƏCİLİ XƏBƏR! – Latviya ilə Belarus arasında qalmaqal: Diplomatlar ölkədən qovuldu – FOTO

admin

SON DƏQİQƏ: İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

admin

İlham Əliyev: “Onlar anaların göz yaşlarına görə cavab verəcək”

admin

İNANILMAZ XƏYANƏT!Bu müsəlman ölkə İrəvanla hərbi saziş imzaladı – qondarma “erməni soyqırımı” abidəsi ziyarət edildi

admin