21 C
BAKI
02 Avqust 2021
Guninfo.az
Image default
SİYASƏT

SON DƏQİQƏ! “Azərbaycanda Türkiyə hərbi bazaları qurulur, rus sülhməramlıları bölgəni TƏRK EDİR”



“44 günlük Vətən müharibəsinin nəticəsi olaraq artıq regionda yeni geo-siyasi reallıq yaranıb. Türkiyə regionda və dünyada Azərbaycan üçün təminatçı ölkəyə çevrilib”.

Guninfo.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, son beş ildə baş verən proseslər mahiyyət etibarı ilə regionda yeni geo-siyasi və geo-strateji reallığın yaranmasına səbəb olub: “Eyni zamanda regionda güc balansı dəyişib. 200 ilə qədər regionda dominant mövqedə olan rus siyasəti bu hərbi əməliyyatlardan sonra türk siyasəti ilə mövqelərini bölüşməli olub. Azərbaycan ordusu dünya orduları sırasında öz mövqelərini möhkəmləndirməklə 64-cü pilləyə yüksəlib”.

Politoloq bundan sonra vəziyyətin təxminən necə olacağı ilə bağlı ehtimallarını sadalayıb:

1) Azərbaycan zaman içində rus “sülhməramlıları”nın nəzarət etdiyi ərazilərdə öz suverenliyini tam şəkildə bərpa edə bilər. Laçın dəhlizi Azərbaycanın öz nəzarətinə keçəcək.

2) Zəngəzur dəhlizinin açılması reallaşacaq.

3) Türkiyə hərbi bazaları Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də işğaldan azad edilmiş bölgələrində qurula bilər.

4) Vəziyyət Azərbaycanın istədiyi kimi davam edərsə, 5 il sonra rus “sülhməramlıları” bölgəni tərk edə bilər.

5) Ermənistan Azərbaycana və Türkiyəyə qarşı iddialarından əl çəkərsə, tərəflər arasında sülh müqaviləsi imzalana bilər.

Görünən odur ki, sözügedən proseslər üçün həm zaman, həm də mümkün siyasi şərait lazımdır. Vaxt isə çoxdan yetişib”.

Bənzər yazılar

SENSASİYON AÇIQLAMA: ”Rusiya Şuşaya çəkilən yolu ermənilərin nəzarətinə verməyə çalışır”

admin

Yunanıstan hərbçilərinin ermənilərə hərbi təlim keçdiyi ifşa olundu – FOTOLAR

admin

SON DƏQİQƏ:Azərbaycan Ordusu Xankəndidə erməni hərbi bazaların darmadağın etdi – RƏSMİ

admin

ŞOK GƏLİŞMƏ!Fransa Senatı qondarma “DQR”in “müstəqilliyini” tanıdı

admin

SON DƏQİQƏ!Yunanıstan Türkiyə sərhədinə ordu yeritdi, ada işğal olundu – FOTO

admin

“Ordumuz tezliklə düşmənə GÜCÜMÜZÜ GÖSTƏRƏCƏK”-Sarkisyan Azərbaycanı yeni müharibə ilə HƏDƏLƏDİ (VİDEO)

admin