18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER SİYASƏT

TƏCİLİ!Ermənilərin rus sülhməramlıları ilə BİRGƏ KİLSƏ TƏXRİBATI: Ordumuz HƏRƏKƏTƏ KEÇDİ

Qarabağdakı rus sülhməramlı kontingentinin nümayəndələri Ermənistandan gələn 100-ə yaxın zəvvarın Amaras monastırına səfərini təmin edib.

GUNinfo.az  xəbər verir ki, Xocavənddə yerləşən monastrı Qarabağın digər ərazilərində yaşayan ermənilər, eləcə də Ermənistan və digər ölkələrdən olan zəvvarlar ziyarət ediblər.

Sülhməramlılar ziyarətçilər ora gələrkən, Amaras monastır kompleksini ziyarət edərkən və kilsə ibadətləri zamanı erməniləri müşayiət ediblər.

“Rus sülhməramlıları Amaras monastır kompleksinə gələn zəvvarların təhlükəsizliyini təmin edirlər. Bu ziyarətgah bizim nəzarət etdiyimiz ərazidə yerləşir, ona görə də sülhməramlıların iştirakı zəruridir ” – deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Korolev bildirib.


Bununla yanaşı, Ermənistanın “Hraparak” nəşri rus generalın məbədin üzərinə erməni bayrağının asılmağını əmr etdiyini yazıb: “Dünən “Artsax”ın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki vəziyyətlərinə qaytarmağı bacarıblar. Ancaq Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində “Artsax” bayrağı endirilməlidir”.

Söhbət Azərbaycan Respublikasının Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim xristian türk babalarımıza məxsus olmuş Amaras məbədindən gedir. 10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı hərbi birləşməsinin nəzarətinə verilib. Lakin o gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə sözügedən monastır üzərindəki əski parçasını endirməyə nail olsa da, separatçılar onu yenidən asıblar.

Cütçü kəndinin qanunsuz “icma rəhbəri” Lernik Avanesyan dünən Azərbaycan Ordusu tərəfindən əski parçasının endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda hadisə yerinə gəlmiş adı çəkilməyən rus generalının da erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi və yerinə Ermənistan bayrağını asmağı əmr etdiyini eşitdiyini söyləyib… “Hələ oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim” – deyə L.Avanesyan bildirib.

/ publika.az

Bənzər yazılar

Ermənistanda klan mübarizəsi PİK HƏDDƏ – Müdafiə naziri ilə general əlbəyaxa çıxdı

admin

Çox sayda mülklər, bahalı avtomobillər, 30 min qoyun, 5 min mal-qara sahibi İCRA BAŞÇISI KİMDİR? – ŞOK DETALLAR

admin

SON DƏQİQƏ:İlham Əliyevdən Ermənistana öldürücü zərbə – 3 cəbhədə…

admin

TƏCİLİ!Biabırçı videosu yayılan Hüseynbala Mirələmova SON AĞIR ZƏRBƏ: YAP-dan qovuldu bu vəzifələri itirdi

admin

20 yaşlı “Tender Canavarı” rəqib tanımır – GDU -nun “Sinam” MMC ilə şok satınalma müqaviləsi (FOTO)

admin

SON DƏQİQƏ! Xırdalanda DƏHŞƏTLİ PARTLAYIŞ – DAĞINTILAR ALTINDA QALANLAR VAR (VİDEO)

admin