10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
SİYASƏT

Vüqar Seyidov: “Bu mətbuat konfransı bir dünya rekordu hesab oluna bilər”

“Bu mətbuat konfransı bir dünya rekordu hesab oluna bilər” bunu Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri bildirib ki, 26 fevral tarixi heç şübhəsiz ki, bütün xalqımızın tarixində və qan yaddaşında “Xocalı soyqırımı” kimi qalmaqdadır. Həmin tarixdən düz 29 il ötməkdədir. Bu iyirmi doqquz illik zaman gəmisində xalqımız bir gün belə Xocalıdan olan insanların həmin gecə başlarına gətirilən müsibətləri unutmamışlar. Məqsədimiz sadəcə unutmamaq deyildi. Ulu Öndərin yenidən hakimiyyətə gəlməsi ilə hadisəyə hüquqi-siyasi qiymət verildi. Daha sonra “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünya əhalisi xalqımızın başına açılan müsibətlər barəsində ətraflı məlumata sahib oldu.

Bu il isə Azərbaycan dövlətçilik tarixində və “Xocalı faciəsinin” qan yaddaşında qeyri-adi, daha doğrusu fövqəladə bir hadisə baş vermişdir. Birincisi, Azərbaycan Respublikası öz ərazi bütöblüyünü təmin etmiş, Birinci Qarabağ müharibəsi qurbanlarının qanları yerdə qalmamış və “Xocalı qatilləri”nin bir çoxu məhf edilmiş, digərləri isə dünya ictimaiyyəti tərəfindən ifşa edilmişlər. Bu hadisə Azərbaycan tarixinin şanlı səhfəsidir.

Xüsusi qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev yenidən və bir daha bütün dünyanı özünə və xalqına heyran qoymağı bacarmışdır. Bu mətbuat konfransından sonra mən bir daha öz rəhbərimi kəşf etmək imkanı əldə etmiş oldum. Cənab Prezident Ulu Öndər mirası olan dərin zəkası ilə bizi hər gün yenidən təəccübləndirməyi bacarır. 4 saat 20 dəqiqə davam edən yerli və beynəlxalq mətbuat nümayəndələri qarşısında səbirlə, səlis, sərrast, birbaşa, təkrara yolvermədən, heç bir məqamın üstündən keçmədən və əlbəttə, dünyanın müxtəlif dillərində düşünüb, cavab verməklə öz xalqının hüquqlarını müdafiə etmək dərəcəsində böyük bir mütəfəkkir olmaq Allahın verdiyi bir xöşbəxtlikdir. Əslində isə ən böyük xöşbəxtlik belə bir liderə sahib olan millətə məxsusdur.

Mən belə başa düşürəm ki, bundan sonra regiona və keçmiş Qarabağ münaqişəsinə dair nə dünya ictimaiyyətində, nə də Azərbaycan xalqının fikrində qaranlıq məqam qalmayacaqdır. Cənab Prezident Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Böyük Britaniya və digər ölkələrdən olan 35 jurnalistin 50-yə yaxın sualına cavab verərək hesab edirəm ki, bu sahədə yeni bir dünya rekorduna imza atmışdır. Əlbəttə, mütəxəssislər bu haqda öz fikirlərini açıqlayacaqlar. Lakin bir vətəndaş kimi, bir siyasi əqidənin daşıyıcısı kimi öz rəhbərimlə qürur duydum.

GUNinfo.az

Sevinc

Bənzər yazılar

Azərbaycan onları heç vaxt unutmayacaq: Bizə dəstək olan ölkələr – SİYAHI

admin

Füzuli rayonunda taxıl biçini davam edir

admin

İlham Əliyev Paşinyana: “Kimin dabanlarını yalayırsansa yala, heç kim bizə təsir edə bilməz”

admin

Ermənistanın Baş Qərargah rəisi Qarabağa gəlir – Muradovla görüşəcək

admin

“Sizi ziyarət edib əllərinizdən öpmək arzumdur” – Prezidentə MƏKTUBLAR

admin

SON DƏQİQƏ!Adil Əliyev vəzifəsindən azad olundu – RƏSMİ

admin