4 C
BAKI
27 Fevral 2021
Guninfo.az
Image default
SOSİAL

Ağsu bazarında nə qanun bilən var, nə də tanyan… – Özbaşınalıq(VİDEO)

Ağsu bazarında pandameya ilə əlaqədar qoyulan qadağalar həyata keçirilimir, qanunlar işləmir.

Bolgexeber.com bildirir ki,  bazara öz məsullarını gətirən fermerlər və bir çox sadıcılar belə bir iddia irəli sürüblər.

Bildirilib ki, bazarlarda kənd təsərrüfatı məhsullarının  bahalaşması əhalidə alıcılıq qabiliyyətini azaldıb.Həmçinin də bazar rəhbərliyinin yerpulların qaldırması və öz məhsullarının baha qiymətə bazarda satılması, satııcılarda ayrıseçkilik yaradıb. Yəni bir sözlə bazar rəhbəri öz istədikləri kimi bazarı idarə edirlər. Elə bunun nəticəsi olaraq da  bazadar bir çox satıcı öz məhsullarını  sata bilmir alıcı qıtlığı və haqsızlıqlarla  üzləşir.

Deyə bilərik ki, bazara gətirilən mallarla satılan məhsulların qiyməti süni şəkildə qaldırılır. Buna isə bazar rəhbərliyinin xüsusi adamları nəzarət edirlər. Məsələn: “Əvvəllər  kartofu, soğanı,  almanı v.s  çeşidləri bazara gətirib üstünə qəpik -quruş qoyub satırdıq. Həm də bildirdik ki, öz məhsullarımızdı. İndi isə elə deyil. Bazara gətirilən hər bir məhsul  bazar rəhbərliyinin işbazları tərəfindən ucuz əldə olunaraq satışa baha qiymətə qoyulur. Hamıda şikayətlənir ki, qiymətlər bahadır. Amma biz nə edə bilərik”, – deyə satıcılar bildirib.

Daha sonra müşahidələrimiz zamanı rayon  bazarında xaricdən gətirilən məhsullarla yanaşı yerli malların da qiymətinin kəskin artdığını gördük. Yəni bazarda satıla bilən göyərtidən tutmuş banana qədər qiymət artımı hiss edilirdi.

Görəsən bazarda məhsulların qiymətinin artmasına səbəb nədir?

 

 

 

Hər şeyi dəqiq bilmək üçün meyvə-tərəvəzlə məşğul olanları danışdırdıq. Ağsunun kəndlərində fəaliyyət göstərən fermer  bildirdi ki, “rayon camaat əkinçiliklə məşğul olub əziyyət çəkirlər. Camaat  kimi bizlərdə çəkilən əziyyətin qarşılığında yaxşı qazanc əldə edə bilmirik. Kəndli məhsulunu bazarda özümüz rahat sata bilməyimizə imkan vermirlər. Alverçilər bazarlarda bütün yerləri alıblar. Kəndli də malı gətirir, onu satmağa yer tapmır. Məhsulu saxlamağa da şəraiti olmadığı üçün məcbur olur məhsulunu dəyər-dəyməzinə alverçilərə verə. Həmin alverçilərdə bazar sahibinin xüsusi adamları hesab edilir. Etiraz da edəndə pandameyanı bəhanə gətirərək niyə maskanız yoxdu, icazəniz varmı, həkim kağızınız hanı və.s kimi bəhanələrlə bizləri sıxışdırırlar.”

 

 

Digər tərəfdən Ağsu  bazarında ikinci çörəyi sayılan kartof dəhşətli şəkildə baha qiymətə satılır. Satıcılar bunu yerli məhsulun az olması, bu səbəbdən də kartofin xaricdən gətirilməsilə və  bazarda məhsulların saxlama yerlərinin olmaması ilə  izah edirlər. Onların sözlərinə görə, kartof çatışmazlığına səbəb məhsulun saxlanılmasında yaranmış problemlərdir. Ona görə də, payızda kartof ucuz qiymətə həm yerli, həm də xarici bazarlarda satılıb. Qışda saxlama yerləri olmadığından fermerlər məhsullarını yalnız özlərinə lazım olan həcmdə saxlaya bilirlər.

Demək olar ki, bazarda kartofu saxlamağa şərait yoxdur. Alıcıların tələbatının 90%-ni kartof və soğan tutduğundan  bazarda nə anbar, nə də ki, soyuducu var. Bu üzdən məhsullar xarab olmasın deyə məhsullarını alverçilərə ucuz qiymətə verilməsini satıcılar vurğulayıb.

Bundan başqa bazarda öz məhsulunu satmağa gətirən digər rayon satıcılar da bazar sahiblərindən  narazıdır.  Məhsulunu qorxa-qorxa satəşa çıxaran başqa rayonda gəlmiş fermer  bildirdi ki, o artıq neçə dəfə qanuni yolla bazarda satışla məşğul olmaq istəsə də, ona imkan yaradan olmayıb. Neçə dəfə kartof, xiyar, kələm və digər tərəvəz məhsullarını gətirsə də, ondan xeyir götürə bilməyib. Daha doğrusu buna bazar rəhbərliyinin imkan vermədiyi deyilir.

Xülasə Ağsu bazarında nə qanun tanıyan var nədə ki, qaydalara riayyət edən.

Ətraflı videoda:

Bənzər yazılar

Patriot.az saytının 5 yaşı tamam olur

admin

Hadi Rəcəbli və digər vətəndaşlarında da qanunu pozmağa haqqı yoxdur. Çünki bu

admin

Aviasiya dəstəsinin 2 ədəd helikopteri

admin

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin

DİQQƏT!Daha 6 şəhər və 4 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılır

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ!Azərbaycanda pensiya,maaş bu qədər artır – YENİ RƏQƏMLƏR

admin