19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SOSİAL

“Azəriqaz” abonentlərə kələk: Məsuliyyətsizlik, yoxsa maxinasiya?



Məlum olduğu kimi iyulun 1-dən etibarən Tarif Şurasının qərarı ilə qaz limiti yeni tariflə hesablanır. Ölkəmizdə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1200 – 2500 kubmetr olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Ölkədə mexaniki-elektron sayğaclarda limitin sıfırlanması ilə bağlı narazılıqlar artıb. Buna səbəb həmin sayğaclardan istifadə edən abonentlərdə qaz limitinin sıfırlanması prosesinin ləngidilməsi və ya uzanmasıdır. Abonentlər bu işin “Azəriqaz” əməkdaşları tərəfindən müvafiq zamanda həyata keçirilməsini tələb edirlər.

Mediaxeberleri.Az-a müraciət edən çoxsaylı qaz abonentlərinin sözlərinə görə, smart-kart tipli sayğaclarda iyunun 30-da, gecə saat 00:00-da 1 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanmalı və iyul ayını 1-dən hər abonent üçün 2 500 kubmetrlik həcmin yenidən 20 qəpikdən, 2 500 kubmetrdən çox istifadə edən abanentlər isə 25 qəpikdən hesablanmalı idi. Sayğaclarda limitin sıfırlanması ləngidilir, abonent isə sərf etdiyi qaza görə 20 qəpik ödəyir. Pandemiya il yarımdır hər kəsin imkanlarını məhdudlaşdırıb. Bu vəziyyətdə bir də kommunal xidmətləri, qazı, elektiriki, suyu, benzini, dizeli, məhkəmə xərclərini, cərimələri dəfələrlə qaldırıb, istehlak qiymətlərini də sürətlə artırmaq insanların çörəyini əlindən almaqdır.

Qeyd edək ki, qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minib. Tarif Şurasının qərarı ilə güzəştlə qaz limiti 2200 kubmetrdən 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan abonentlər 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər. Azərbaycanda əhaliyə təbii qazın 2500 m3-dən çox olan hissəsi üçün satış qiyməti 25 qəpik müəyyənləşdirilib ki, bu da Türkiyə, Gürcüstana və İrana satılan təbii qazın qiymətindən yüksəkdir.

Bənzər yazılar

Baş prokurorluq Nərimanov icra başçısının QARA KASSASIN axtarışa verdi – Abdin Fərzəliyevin adı cinayət işində?

admin

Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edildi – SON DƏQİQƏ

admin

Eldar Əzizov prezidenti belə aldadır: Merin miyardlıq “Lift” ƏMƏLİYYATI – VİDEO

Fikrət Fərhadoğlu

“”Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə)

admin

ŞAD XƏBƏR: Artıq hamı ev tikə bilər – Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR

admin

Respublika toxum sərgi-satış yarmarkası işini yekunlaşdırdı – FOTO

Fikrət Fərhadoğlu