18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER SOSİAL

İcra başçısının maraqları ay yarımlıq şirkətlə ÇİÇƏKLƏNİR: Vaqif Həsənov qohumunu 7 tender qalibi eti – FOTOFAKT

Ağdam rayon İcra Hakimiyyəti tərəfindən keçirilən 7 müxtəlif tenderin (Kotirovka sorğusu) qalibi, Başçının xeyir-duası ilə eyni şirkət olub.

GUNinfo.az xəbər verir ki, tender müsabiqələrinin qalibi cəmi ay yarım əvvəl dövlət qeydiyyatına alınan “Qələbə-A 2020” MMC (VÖEN – 3201474241) olub.

Qeyd edək ki, “Qələbə-A 2020” MMC ümumi dəyəri 111 min 643 manat 90 qəpik olan tender müsabiqələrinin qalibi olub:

1. Ağdam rayon İcra Hakimiyyəti İnzibati binasının cari təmir işləri – 9 998 AZN
2. Ağdam rayon Quzanlı qəsəbə 2 nömrəli uşaq baxçasının cari təmir işləri – 12 172.9 AZN
3. Ağdam rayon Hacıturallı kənd uşaq baxçasının təmiri işləri – 26 226 AZN
4. Yumuşaq inventar yataq ləvazimatları və xüsusi geyimlərin alınması – 14 955 AZN
5. Maşın və avadanlıqların alınması işləri – 22 930 AZN
6. Dəftərxana və təsərrufat xərcləri – 7 404 AZN
7. Digər malların alınması – 17 958 AZN
Ay yarım əvvəl yaranan şirkət Ağdam rayon İcra hakimiyyətinin keçirdiyi 7 tenderin qalibi oldu - FOTOFAKTAy yarım əvvəl yaranan şirkət Ağdam rayon İcra hakimiyyətinin keçirdiyi 7 tenderin qalibi oldu - FOTOFAKT
Məlumat üçün bildirək ki, “Qələbə-A 2020” MMC 16.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Qanuni təmsilşisi isə Həsənov Əvəz İslam oğludur.

Maraqlıdır ki, 16.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınan MMC cəmi ay yarım sonra – 02.04.2021-ci il tarixində elan olunan tender müsabiqələrində iştirak edib və qalib elan olunub.
Ay yarım əvvəl yaranan şirkət Ağdam rayon İcra hakimiyyətinin keçirdiyi 7 tenderin qalibi oldu - FOTOFAKT
Dövlət qeydiyyatına alınan kimi 112 min manatlıq tender qalibi olan MMC-nin hansı peşəkarlığa sahib olduğu da başqa bir müəmma olaraq qalır.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı.Yeniavaz.com

Bənzər yazılar

Nazirlik Sobsan Boya fabrikinin müdirini cərimələdi – Ekologiya nazirliyi məlumat yaydı

admin

Ordumuz Xocalıya zərbələr endirdi – düşmənin ən bahalı radilokasiya stansiyası və hərbi texnikaları belə məhv edildi – VİDEO

admin

Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir

admin

İsgəndər Şirəli necə OLİQARX OLDU? – SOCAR-ın FETÖ-çu trest müdiri dövlətə meydan oxuyur

admin

SON DƏQİQƏ: Qondarma “DQR”in müdafiə naziri məhv edildi- FOTO

admin

Şirvan DYP rəisindən narazılıq:Taksi və bazar ticarətindən çörək qazanan biçarələr Vilayət Eyvazova üz tutdu

admin