18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
SOSİAL

İcra başçısı Tahir Məmmədov Şamaxıda dəbdəbəli villa İNŞA ETDİRDİ – FOTOFAKT

Azərbaycanda məmurların böyük əksəriyyətinin dəyəri on milyonlarla ölçülən biznesə, malikanələrə, obyektlərə sahib olması barədə yerli və beynəlxalq mediada dəfələrlə yazılıb.

Aylıq məvacibləri 1500-2000 manat olan bu məmurların milyonluq sərvətləri dövlətdən aldıqları maaş hesabına əldə etmələri əlbəttə ki, mümkün deyil.

Maraqlıdır ki, dövlət başçısı tərəfindən vəzifəyə təyin edilən yeni icra başçılarının bəziləri sərvətə, dəbdəbəli villalara görə illərlə dövlət büdcəsini korrupsiya yolu ilə talan edib özlərinə, nəvə-nəticələrinə var-dövlət toplamış “köhnə qvardiya”dan heç də geri qalmırlar.

Qlobal.az-ın əldə etdiyi məlumata görə özünə yeni dəbdəbəli malikanə tikdirən məmurlarlardan biri də Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdur.

Tahir Məmmədovun qısa zaman ərzində Şamaxı şəhərində inşa etdirdiyi villanın dəyərinin 300-400 min manat arasında olduğu deyilir.

Bu villanın 5 metrə yaxın hündürlüyü olan hasarına 30-40 min manat xərc çəkildiyi deyilir.

Şamaxı rayon icra Hakimiyyətinə 2018-ci ilin oktyabr ayından başçılıq edən Tahir Məmmədovun bu 3 il ərzində bu qədər sərvəti hansı yolla əldə etməsi ortaya bir sıra suallar çıxarır.

Qarşı tərəf xəbərə münasibət bildirə bilər.
Şamaxının icra başçısı Tahir Məmmədovun dəbdəbəli villası aşkarlanıb? - FOTOFAKTŞamaxının icra başçısı Tahir Məmmədovun dəbdəbəli villası aşkarlanıb? - FOTOFAKTŞamaxının icra başçısı Tahir Məmmədovun dəbdəbəli villası aşkarlanıb? - FOTOFAKTŞamaxının icra başçısı Tahir Məmmədovun dəbdəbəli villası aşkarlanıb? - FOTOFAKTŞamaxının icra başçısı Tahir Məmmədovun dəbdəbəli villası aşkarlanıb? - FOTOFAKT

Bənzər yazılar

TƏCİLİ AÇIQLAMA!“Evlərin qiyməti 15 min manat qalxacaq” – VİDEO

admin

SON DƏQİQƏ!18 yaşdan yuxarı oğlanlar Orduya cağrıldı – RƏSMİ

admin

Şuşada nazirlik bu xidmətləri göstərəcək – FOTO

admin

SON DƏQİQƏ: Azərbaycanda çörəyin qiyməti bahalaşdı – FOTO

admin

Kredit borcunu gecikdirənlərə ŞAD XƏBƏR – Mərkəzi Bank QƏRAR VERDİ

admin

Dövlət siyasi partiyalara 3,6 milyon manat maliyyə yardımı edib – RƏSMİ

admin