16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SOSİAL

SON DƏQİQƏ!18 yaşdan yuxarı oğlanlar Orduya cağrıldı – RƏSMİ



Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama əsasən, bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.

GUNinfo.az xəbər verir ki, sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Artıq müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

Bənzər yazılar

Ölənlərin sayı yarım MİLYONU ÖTDÜ – Dünya ÇALXALANIR

admin

Müavinət, təqaüd və kompensasiyaların ödəniləcəyi vaxt AÇIQLANDI

admin

Bu şəxslərə ŞAD XƏBƏR – 200 MANAT ƏLAVƏ PUL ALACAQLAR

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ: Sərt karantin rejimi ləğv olundu?- RƏSMİ

admin

Cavanşir Feyziyevin oğlu Dövlət Agentliyinə 1 milyon manata verdiyi ofis icarəsi – AÇIQLAMA

admin

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı – TƏQVİM

admin