31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
ŞOU-BİZNES

HƏR ŞEY ÜZƏ ÇIXDI!Şəbnəmin əri ilə tanışlıq hekayəsi: “Onu 16 yaşından sevirəm” – O, ŞƏXS KİMDİR(VİDEO)

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı ifaçı Şəbnəm Tovuzlu olub.

GUNinfo.az bildirir ki, müğənni həyat yoldaşını ilk dəfə 16 yaşında sevdiyini etiraf edib:

“16 yaşım vardı. Tovuz rayonunun Qovlar qəsəbəsində qonşuda toya getmişdim. Yanımdakı qızlardan biri dedi ki, bir oğlan var, sənə baxır. Mən də baxdım, boylu-buxunlu, yaraşıqlı oğlandır. Bəyəndim. Səhəri günü həmin ailənin qızlarından biri dedi ki, filan oğlan sənə vurulub. Mən də normal kənd qızı kimi dedim ki, elçisini göndərsin. Danışmağa başladıq. Sonra bir-birimizə aşiq olduq. Bir müddət sonra ondan xəbər gəlmədi. Çox pis oldum. Günlərlə ağladım. Sonradan böyük bir problemi olduğunu bildim. İllər keçdi, Bakıya gəldim, ailə qurdum, övladım oldu, sənətçi oldum. Şəbnəm Tovuzlu oldum, amma o heç vaxt qəlbimdən çıxmadı. Qızımın atasına dəyər vermişəm, çox istəmişəm, yaxşı insan olub. Amma həyatımda heç vaxt sevmədim. İllər sonra təsadüfən kəndimizdən bir nəfər işlə bağlı həyat yoldaşımın yanına gəlib. Yoldaşım ondan məni soruşub. Həmin oğlanda ona mənim ifaçı olduğumu deyib. Bir neçə il kənardan məni izləyib, müşahidə edib. Günlərin bir günü bir toya dəvət olundum. Toy oxuyurdum, o da qarşımda oturmuşdu. Amma çox dəyişmişdi, o vaxt onu tanımadım. Oturub söhbətə vaxt olmamışdı, məclisdən tez ayrılmalı oldum. Daha sonra bir da toy oldu. Orada da o vardı. Həmin toydan çıxanda bizi özü yola saldı. Məndən soruşdu ki, Şəbnəm xanım, siz sevib ailə qurmusunuz? Dedim ki, ailəm dağılıb, sevgi ilə qurulan ailə olsaydı dağılmazdı. Mənə dedi ki, mən sizə tanış gəlmədim? Kəndinizdə sizi bəyənən, sevən kimsə olmayıb? O an gözlərinin içinə baxdım. Tanıdım. Sonra danışmağa başladıq. O sevgi yenidən alovlandı. Hər şey o gün bu gün davam edir”.

Bənzər yazılar

Xəyyam Nisanovdan yeni layihə: “Qələbə” – VİDEO

admin

Emin Ağalarovla Nəcməddin Sadıkovun nişanlı olan QIZI BARƏDƏ ŞOK XƏBƏR – FOTO

admin

Koronavirus (COVID-19) pandemiyası dövründə Füzuli bu gün – FOTO

admin

Bəstəkar Nailə Mirməmmədli vəfat etdi

admin

Röya Rozanın qızı haqqında BUNLARI DEDİ

admin

Bakıda VİP style estetik, ASTHETİK LAB klinikasının fırıldağı İFŞA OLUNDU – VİDEO

admin