31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
ŞOU-BİZNES

Pərvin Abıyevadan ŞOK ETİRAFLAR: “Sadəcə kişilərə meyilliyəm” – VİDEO

Kənardan özündənrazı, azad, yemək bişirməyi bacarmayan və eqoist görünsəm də, münasibətdə uşaqlaşıram, çox şirin oluram. Bu xüsusiyyətlərimi gördükcə qarşı tərəf mənə çox bağlanır. Qulluq etməyi sevirəm, can yandırıram, bacardığım qədər səmimi oluram, sevgimi göstərirəm. Ümumiyyətlə, çox istədiyim insanlara qarşı da beləyəm, sevgimi göstərməkdə özümə məhdudiyyət qoymuram, qoy görsün ki, onu çox sevirəm.

GUNinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva aparıcı İsa Şükürlünün yutub kanalında qonaq olarkən deyib. Aktrisa onu da etiraf edib ki, xasiyyətinin çətin tərəfləri də var:

“Xasiyyətim ağırdı, tələblərim çoxdu. Qarşı tərəfdən düzgünlük tələb edirəm, bütün kişilərin problemi budur, düzgün ola bilmirlər. Məndən nə isə gizlənəndə onu qurcalayıram. Bəzən fikirləşirəm ki, cütlüklər necə xoşbəxt ola bilir. Yəqin ki, qız dərinə getmir, araşdırmır. Mimikasından və səs telindən tuturam, axıra qədər gedirəm və yalanını tuturam.

Ailə qurmağıma sənətim də mane oldu. Qınamıram da, Azərbaycan mentaliteti var, gənclərimizin dilində yalandan olsa da, böyük nəsillərdə mentalitet hələ də yaşayır. Ata-ana istəmir ki, gəlini məşhur bir aktrisa olsun”.

Daha sonra P.Abıyeva “LGTB”yə münasibəti barədə danışıb və bildirib ki, heç kəsin həyatına qarışmağı sevmir:

“Bir ara mənim də adımı çıxartmışdılar, tövbə Əstağfrullah, amma mən deyiləm. Belə tanıdığım insanlar var, onlara münasibətim neytraldı, nəzərə alaq ki, bu, Azərbaycandan və digər müsəlman ölkələrində yaxşı qarşılanmır. Adicə rəfiqəmin belə əli dəyəndə ətim ürpəşir. Sadəcə kişilərə meyilliyəm”.

Bənzər yazılar

Səidə Sultan: “İgid əsgərlərimiz, bu günlər sizlərin sayəsində sevinirik”

admin

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

admin

“”Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə)

admin

“Əlində lifçik gəzəndə…” – Ulvira Kamili belə pərt etdi – VİDEO

admin

Koronavirus (COVID-19) pandemiyası dövründə Füzuli bu gün – FOTO

admin

Rusiyalı Xalq artisti Azərbaycana dəstək OLDU – FOTO

admin