31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
ŞOU-BİZNES

Polis Mustafa Cecəlinin Bakıda konsertinə BASQIN ETDİ – VİDEO

Mustafa Cecəlinin Bakıdakı konsertinin qarşısı alınıb.

GUNinfo.az bildirir ki, bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, həmin konsert açıq məkanda keçirilib: “Polis əməkdaşları orada sosial məsafənin qorunmamasını müşahidə etdikdən sonra konsertin qarşısı alınıb. Karantin qaydalarını pozan iştirakçıların heç biri cərimə olunmayıb, sadəcə onlara xəbərdarlıq olunub”.

 

Xatırladaq ki, iyunun 5-də “İstanbul Meyhanə Bilgəh” restoranında müğənni Nuri Sərinləndirici, Jane Şirokihli və məşhur türkiyəli müğənni Mustafa Cecəlinin konserti keçirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdən belə məlum olub ki, konsertdə karantin qaydaları kobud şəkildə pozulub.

Qeyd edək ki, türkiyəli müğənni Bakıdakı konsertinin çox uğurlu keçdiyi barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. O, “Səhnə üçün darıxmışıq. İnşAllah Türkiyədə də bu cür görüntülərlə ən qısa zamanda qovuşarıq və konsertlər yenidən başlayar. Bakıda bizi çox gözəl qarşıladılar, bizimlə birgə hər ağızdan mahnı səsləyənlərə minnətdaram” – deyə, paylaşımında bildirib.

Mustafa Cecelinin Bakıdakı konserti

Bənzər yazılar

Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət – Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ)

admin

Azərbaycanda bu məşhurlar fotosessiya üçün lüt soyundular+18 FOTOLAR

admin

Azərbaycanın narkoman məşhurları – “Ağ ölüm” siyahısında kimlərin adı var?

admin

SON DƏQİQƏ: məşhur xalq artisti VƏFAT ETDİ – FOTO

admin

Tarkan: “Dualarım qardaş ölkə Azərbaycanladır”

admin

Tanınmış aktrisa xalqı təhqir etdiyinə görə POLİS ŞÖBƏSİNƏ ÇAĞIRILDI

admin